2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP-nin nazirlikdən şikayəti rədd olunub

Bu gün, martın 28-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyindən şikayətinə baxıb. Şikayət AXCP-nin sonuncu qurultayını nazirliyin tanımaması ilə bağlıdır.

Partiyanın şikayətinə hakim Elşanə Vəliyevanın sədrlik etdiyi heyət baxıb.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP-ni təmsil edən hüquqşünas Səməd Rəhimli məhkəmədəki çıxışında qeyd edib ki, qurultayın keçirilməsinə dair faktların Ədliyyə Nazirliyində qeydə alınmaması qanunsuz və əsassız olub. Onun bildirdiyinə görə, Ədliyyə Nazirliyinin qərarı əslində, AXCP-nin birləşmək və seçki hüquqlarının pozulmasına yönəlmiş bir addımdır.

Buna da bax:​ AXCP-nin şikayəti təmin edilmədi

O, bildirib ki, partiya qurultayını mövcud qanunvericilikdə nəzərdə tutulmuş əsaslar uyğun olaraq təşkil edib və keçirib. Bununla belə, qurultayın nəticələri – sədrin və Ali Məclis üzvlərinin seçilməsi faktını nazirlik qeydə almayıb.

Hüquqşünas məhkəmədən xahiş edib ki, qurultayın nəticələrinin qeydə alınmasını Ədliyyə Nazirliyinin üzərinə vəzifə kimi qoyan qərar qəbul etsin.

Ancaq məhkəmə heyəti şikayəti təmin etməyib.

S.Rəhimli məhkəmədən sonra bildirib ki, qərar qanunsuzdur.

Buna da bax: Eyni adda iki partiya… Bəs sonra?

Partiya qərarı aldıqdan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Həmin şikayət də təmin edilməzsə, Avropa Konvensiyasının 11-ci (Birləşmək hüququ) maddəsinin pozuntusu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.

Xatırlatma

2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsindən ötrü sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Buna da bax:​ S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»

Buna səbəb kimi eyni adlı başqa bir partiyanın yaradılması göstərilib.

İki il öncə AXCP üzvü Razi Nurullayev bu partiyadan ayrılaraq eyni adlı siyasi qüvvənin əsasını qoyub. Buna qədər O,AXCP sədrinin müavini kimi fəaliyyət göstərib.

AXCP rəhbərliyi bəyan edib ki, Razi Nurullayev hakimiyyətin sifarişi ilə partiyanı parçalamaq niyyəti güdüb. Ancaq bu cəhdlər tam uğursuzluqla nəticələnib. Razi Nurullayev isə belə ittihamları böhtan sayır. Onun deməsinə görə, partiyanın gerçək üzvləri onun ətrafında birləşib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button