24saat.org AXCP Rəyasət Heyətinin üzvlərinin apelyasiya şikayətinə baxılacaq - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
AXCP Rəyasət Heyətinin üzvlərinin apelyasiya şikayətinə baxılacaq

Vəkil müdafiə etdiyi şəxslərlə görüşə bilməyib

 

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovun, Məclis üzvü Babək Həsənovun və Gənclər Təşkilatının Ali Məclis üzvü Ruslan Nəsirlinin mayın 31-də apelyasiya şikayətinə baxılacaq.

Bu barədə Meydan TV-yə vəkil Cavad Cavadov məlumat verib.

Vəkil hələ həbs olunan şəxslərlə görüşə bilmədiyini və bununla bağlı müvafiq orqanlara müraciət etdiyini söylədi.

O, güman edir ki, Bakı Apelyasiya Məhkəməsində həmin şəxslərlə görüşəcək.

Respublika Prokurorluğu və DİN mayın 26-da yaydığı məlumatda bildirlib ki, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, -cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.