2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP rəhbərliyi saxta sənədlərə görə istintaqa çağırılırsa….

Real sənədlərdə adı çəkilənlər nə vaxt ifadə verəcək?

Qanunları başıqapazlı uşağa, hüququ əl oyuncağına çevirən hökumətimiz daha bir “addım” atdı. AXCP-yə, onun liderinə qarşı uzun illər aparılan qara piar azmış kimi, bu dəfə də saxta sənədlərlə xaricə qaçanlarla bağlı açılmış cinayət işinə AXCP-ni calaq etmək istədilər. Əlbəttə, ortada heç bir fakt yoxdur, saxta sənədləri kimlərin verdiyi, AXCP-nin bu prosesə necə calaq edildiyi hər kəsə məlumdur. Sadəcə olaraq hökumət AXCP sıralarının genişlənməsindən, külətvi mitinqlərdən, həqiqətin daha çox insana çatdırılmasından narahatdır və öndə gedən qüvvəni gözdən salmaq üçün min bir oyundan çıxır.
Əvvəla, 2 ildən artıdıq ki, AXCP-də üzvlərə vəsiqə verilmir. Məhz saxta müxalifətçi libasıyla xaricə mühacirət edənlərə şans verməmək, partiyaya qarşı çirkin kampaniyalara fürsət tanımamaq üçün  heç kimə partiya vəsiqəsi verilmir.  Hətta AXCP adından saxta səndələrlə üzvlük vəsiqəsi verilməsi haqqında partiya rəhbərliyi mətbuata məlumat verib, saxta vəsiqələrin fotoları sosial şəbəkələrdə yayılıb. Amma hüquq- mühafizə orqanları dələduzların, cinayətkarların izinə düşmək əvəzinə, zərərçəkmişlərin ünvanına yollanmaq qərarına gəliblər.  Guya, “mühacir alveri” ilə bağlı cinayət işi açılıb və AXCP rəhbərliyi də zərurət yarandığı üçün istintaqa ifadə verib.  Əgər həqiqətən də zərurət yaranıbsa, həqiqətən də məqsdə həqiqəti üzə çıxarmaqdırsa,  qanun qarşısında boynumuz qıldan incədir.
Amma bu məqamda yağlı bir sual meydana çıxır.  Saxta sənədlərlə bağlı AXCP rəhbərliyi istintaqa dəvət olunursa, zərərçəkmiş tərəfə qarşı qara piar aparılırsa, eyni münasibət  real sənədlərdə adı olanlara qarşı niyə göstərilmir?
Offşor hesablarda milyardlar gizlədənlərin, dünyanın müxtəlif ölkələrində saysız-hesabsız malikanələr alanların, Panama sənədlərində adı hallananların, kürü diplomatiyasında ittiham edilənlərin ifadəsi niyə alınmır? Bugünə qədər Azırbaycanla bağlı yüzlərlə korrupsiya faktı aşkar edilib, Azərbyacanın vəzifəli şəxsləri barəsində saysız-hesabsız oğurluq faktları üzə çıxıb, prokuroluq bu adamları niyə məsuliyyətə cəlb etməyib. Hakim ailənin biznes imperiyası haqqında faktlar tirajlanıb,  Dubay mülkləri, London qəsrləri, Çovdar qızıl yataqları haqqında foto-video materiallar ortaya çıxıb. Amma bugünə qədər real sənədlərdə adı çəkilən adamların nə  həbs olunmasını, nə də ifadə verməsini görməmişik. Yəni, xaricə onmilyardlarla dollar pul ötürmək, xaricə gedənlərə saxta sənəd verməkdən az cinayət məsuliyyəti yaradır?
Bütün bunlar onu göstərir ki, əsl cinayətkarlarla mübarizə aparmaq, əsl mühacir əlverçilərini cəzalandırmaq aidiyyatı qurumların marağında deyil.  Yuxarıdan gələn bütün sifarişlər bir ünvanla bağlıdır, o da AXCP-dir. Utanmasalar,  offşor hesablardakı  milyardlarla dollarlarını da, dünyanın dörd bir tərəfindəki biznes imperiyalarını da AXCP-nin oğurluğu kimi təqdim edərlər.
Samir

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button