2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasətXəbərlər

AXCP sədri Əli Kərimlinin həbsinə hazırlıq gedir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs oluna bilər

24saat.org xəbər verir ki, yanvarın 29-da və 30-da axşam saatlarıında hakimiyyətyönlü mediada yer alan xəbərlər bunu deməyə əsas verir. “Məhkəmədə Əli Kərimlinin qanunsuz əməlləri ifşa edilib” və buna oxşar başlıqlarla verilmiş yazılarda Əli Kərimlinin Rusiyada yaşayan şəxslərdən qanunsuz pul alması qeyd edilir. Söhbət Saleh Məhərrəm oğlu Rüstəmov, Vidadi Valeh oğlu Rüstəmli, Aqil Əli oğlu Məhərrəmov, Babək Qəzənfər oğlu Həsənov və Ruslan Şamil oğlu Nəsirovun cinayət işi üzrə məhkəmə prosesindən gedir.

Hakimiyyətyonli müdiada eyni mətnlə və müxtəlif başlıqlarla dərc olunmuş xəbərlərdə qeyd edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sözügedən cinayət işi ürə məhkəmə prosesi keçirilib.

Yazılarda qeyd edilir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindiriliblər:

“Məhkəmə iclasında Cəmil Həsənli, Əli Kərimli, ABŞ və Rusiyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.

Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərib ki, 1992-ci ilin mayından Rusiya vətəndaşlığını alıb. Sankt-Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırır. 2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlirdi. Təxminən, 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış etdi. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı. Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi
Həmçinin qeyd olunan pulun toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi.

Daha sonra Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pulları da qanunsuz yollarla Azərbaycana göndərdiyini dedi. Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul, əsasən, AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar, əsasən, Əli Kərimliyə veriləcək.

E.Əsgərbəyli məhkəmədə ifadəsində deyib ki, telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15 000 rubl məbləğində pul köçürüb.

Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub. Aqil Məhərrəmova yalnız bir dəfə 15 000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Həmin pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olub.

Cavid Məsimli ifadəsində göstərib ki, atası 2005-ci ildən etibarən Moskva şəhərində işləyir, 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına getmiş və restoranda aşbaz işləyib. “Facebook” sosial şəbəkəsindən istifadə etdiyindən “Aqil Əli Məhərrəm” adlı istifadəçi ilə dostlaşıb. Bir müddət sonra Aqil ondan 3000 rubl verməsini xahiş edib və o, həmin pulun necə və hara xərclənəcəyini soruşub.

Aqil isə ona bank hesabı kodunu göndərərək bildirib ki, pul AXCP üçün lazımdır və pullar Əli Kərimliyə çatacaq.

2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində yerləşən “Sberbank” vasitəsi ilə Aqilin ona göndərdiyi bank koduna göndərib. Bundan sonra bir müddət “Facebook” sosial şəbəkəsində xəbərlərə baxarkən Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.

Cavanşir Abuşov ifadəsində bildirib ki, 2018-ci ilin iyununda Moskvada yerləşən “Skarabey” bazarında işləyən azərbaycanlılardan ona məlum olub ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba toplanan pullar, əslində, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan ərazisində mitinq və toplantıların maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılıb.

Eşidib ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanılıb və qanunsuz yolla Azərbaycana göndərilib” – yazırlarda qeyd edilir.

24saat.org saytına daxil olan məlumatda isə bildirilir ki, sözügedən məhkəmə prosesində verilən ifadələr təhrif olunub. Həmçinin bu yazılar həmin saytların məhkəmə jurnalistləri tərəfindən hazırlanmayıb. Yazının mətni hazır şəkildə Prezident Administirasiyasından daxil olub və sayta yerləşdirilməsi tapşırılıb.

Azadlıq Radiosunda isə məhkəmə porosesində baş verənlər və verilən ifadələr dərc edilib. Dərc edilən iki mətni müqayisə edəndə isə mıəlum olur ki, hakimiyyətyönlü mediada dərc olunan şahid ifadələri təhrifə məruz qalıb. Yaxud, yazıda şahidlərin idtintaqa ifadəsindən istifadə edilib. Təqsirləndirilən şəxslər isə bildirirlər ki, şahidlər həmin ifadələri idtintaqda təzyiq altında veirblər.

24saat.org müqayisə üçün Azadlıq Radiosunun məhkəmədən reportajını da olduğu kimi təqdim edir:

«15 min rubla görə başqa ölkənin vətəndaşını çağırıb sorğu-sual eləmək Azərbaycandakı vəziyyəti göstərir», – Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə və onun sədri Əli Kərimliyə pul göndərməkdə suçlanan Saleh Rüstəmov məhkəmədə deyib.

S.Rüstəmov qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Yanvarın 29-da məhkəmədə məlum olub ki, Rusiyada çalışan və məhbuslara yardım edən şəxsləri də istintaqa cəlb ediblər. Onlardan üçünü – Elçin Əsgərbəyli, Cavid Məsimli və Cavanşir Abışovu məhkəmədə şahid qismində dindiriblər.

Sankt-Peterburqda yaşadığını deyən E.Əsgərbəyli deyib ki, öncədən tanıdığı Zaur onu kafedə A.Məhərrəmovla tanış edib. Söhbət əsnasında Aqil vəziyyətin çətinliyindən gileylənib: «Dedi ki, ailələrimiz çətinliklə dolanır, türmədə məhbuslarımız var. İmkan daxilində yardım istədi».

E.Əsgərbəyli bildirib ki, yardım etməyə razılaşandan sonra A.Məhərrəmov ona «Sberbank»dakı hesabı deyib, o da həmin hesaba 15 min rubl (təxminən 220 dollar) pul köçürüb: «Bunlar tutulandan sonra iyun ayında dedilər ki, həmin pullar Əli Kərimliyə göndərilib».

Şahid C.Məsimli bildirib ki, Aqillə Facebook-dan dostlaşıb. Söhbət əsnasında Aqil siyasi məhbus ailələri üçün yardım istəyib.

O da 3 min rubl (təxminən 50 dollar) yardım edib. C.Məsimli də həmin pulu bank hesabına köçürüb: «Yadımdadır, Ramazan ayı idi, ona görə də bayram ərəfəsində yardım olaraq göndərdim».

Şahid deyir ki, may ayında Aqilgilin həbsindən sonra qorxuya düşüb, Facebook-dan da çıxıb: «Fikirləşdim ki, yardım etdiyimə görə mənə də nəsə eləyərlər».

C.Abışov isə deyir ki, Moskvada bazarda azərbaycanlılardan məhbus Orxan Zeynalova yardım məqsədilə pul toplandığını eşidib. O da kömək məqsədilə 5 min rubl (təxminən 75 dollar) pul köçürüb: «Sonra bildim ki, pul Azərbaycanda müxalifətə göndərilib».

«O kağızları mənə işgəncə altında yazdırdılar»


Daha bir şahid Tural Mehdixanov Bakıda Rusiyadan göndərilən pulların çatdırılmasıyla məşğul olub. Deyir ki, Rusiyada yaşayan dayısı ona Whatsapp vasitəsilə kimə nə qədər çatacağı haqda yazır, o da həmin məbləğləri çatdırırdı. Çatdırdığı pulları Bakıda kimdən götürməsinə gəlincə, bildirir ki, o adamları tanımırdı. Amma tanımadığı adamlardan 100-200 min pul alırdı… Deyib, Moskvadan S.Rüstəmovun bacısı oğluna göndərdiyi pulu bir neçə dəfə Vidadiyə çatdırıb: «Mən bilmirdim ki, Vidadi belə işlərlə məşğuldur. Bilsəydim ki, o pullar dövlətimizin sabitliyini pozmağa xərclənəcək, heç çatdırmazdım…».

T.Mehdixanov vəkillərin suallarına cavab olaraq təsdiqləyib ki, qeyri-rəsmi pul köçürmələriylə məşğul olublar, bunun da qanunsuz əməl olduğunu bilir.

«Hörmətli məhkəmə, qanunsuz sahibkarlıqla məşğul olan bu adam özüdür, amma bu ittihamı Saleh Rüstəmov və digərlərinə veriblər. Niyə bu adam cinayət məsuliyyətinə cəlb olunmayıb? Bu adamın istintaqla razılaşması və təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməklə məsuliyyətdən yayındırılmasına ciddi şübhələrimiz var», – vəkil Cavad Cavadov bildirib.

Prokuror deyib ki, qanunsuz pul köçürmələriylə bağlı cinayət işi ayrılıb. Vəkillər isə cavabında deyib ki, cinayət işinin ayrılması formal ola bilər, əsas nəticədir, o da yoxdur.

T.Mehdixanov iddia edib ki, V.Rüstəmliyə bir dəfə 175 min 500 dollar, iki dəfə də 4 min dollar pul çatdırıb, hamısında da qəbz alıb.

V.Rüstəmli bildirib ki, düzdür, bu adamdan bir dəfə 175 min 500 dollar götürüb. O da 2010-2016-cı illərdə Rusiyada işləyib qazandığı pul olub, şəriki göndərib. Həmin vəsait də AXCP-yə çatdırılmayıb, özünə Yasamalda 272 kvadratmetrlik mənzil alıb, təmir etdirib: «Bundan başqa, təxminən üç dəfə də ondan pul götürmüşəm. Hər dəfəsində 300, 500 və 1000 dollar olub. Yalandır, o, mənə qəbz yazdırıb-eləməyib. O kağızları mənə işgəncə altında «banditizm»də yazdırdılar».

Məhkəmə yanvarın 30-da davam edəcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirov və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək «qurama iş» adlandırıb. Bildirib ki, S.Rüstəmov ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Maraqlı xəbərlər üçün Az24saat.org FACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button