2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

AXCP sədri Əli Kərimli həbs olunub

Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib

AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir.

Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ki, partiya sədri mitinqə getmək üçün evdən çıxıb. Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu müşayiət edənlərin hamısını zorla avtomobillərə mindiriblər.

Bildirilib ki, Əli Kərimli həbs olunub.

Ərazidə internet dayandırıldığı üçün əhatəli məlumat almaq mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə “28 may” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.

Bu gün səhərdən 28 may metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.

19 oktyabr aksiyası ilə bağlı AXCP-nin bəyanatı

Azərbaycan hakimiyyəti oktyabrın 19-da ölkə vətəndaşlarının Konstitusiya və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla qorunan hüquqlarını kobud surətdə pozub, onların dinc toplaşaraq, öz etirazını ifadə etməsinə mane olub. Milli Şuranın bu tarixə elan etdiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti xəbərdarlıq məktubunda göstərilən yerlərdən tamamilə fərqli, şəhərdən xeyli aralıdakı Lökbatan qəsəbəsini təklif etməklə faktiki razılıq verməyib. Milli Şura BŞİH-in bu cavabını qanunsuz sayaraq, birbaşa Konstitusiyanın 49-cu maddəsinə istinad edərək, 19 oktyabr saat 15:00-a xəbərdarlıq məktubunda göstərdiyi ünvanlardan birinə – 28 May metrostansiyasının qarşısındakı meydana mitinq təyin edib.

Mitinqin elan olunması Azərbaycan cəmiyyətində çox ciddi pozitiv reaksiya doğurub və maraqla qarşılanıb. On minlərlə Azərbaycan vətəndaşı elan olunan bu mitinqdə iştiraka hazır olduğunu müxtəlif vasitələrlə nümayiş etdirib. Hakimiyyət orqanları isə xalqın istəyi ziddinə mitinqin qarşısını almaq üçün şəhərdə faktiki fövqəladə vəziyyət elan edib. Mitinqin təyin olunduğu meydan və bütövlükdə Bakının mərkəzi hissəsi polis mühasirəsinə alınıb, metronun 28 May da daxil olmaqla bir neçə stansiyasında hərəkət dayandırılıb, bütün ətraf küçə və prospektlər bağlanıb, Bakıya bölgələrdən giriş məhdudlaşdırlıb.

Mitinq gününə qədər əksəriyyəti AXCP üzvü olan 100-dək təşkilatçı və ictimai-siyasi fəal saxlanılıb.


Lakin hakimiyyətin gördüyü bütün tədbirlərə baxmayaraq, haqq-ədalət arayan və azadlıq tələb edən minlərlə insan şəhərin müxtəlif yerlərində toplaşa, öz şüar və tələblərini səsləndirməyi bacarıblar. Bu baxımdan mitinq baş tutmuş və məqsədinə çatmış sayılır. Bununla belə aksiya polisin qanunsuz və kobud müdaxiləsi ilə qarşılaşdığı üçün yüzlərlə saxlanılan, müxtəlif dərəcədə xəsarət alanlar var.

Aksiya zamanı AXCP sədri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli başda olmaqla, AXCP-nin və MŞ-nın bir çox funksioneri, çoxlu sayda AXCP üzvləri və başqa fəallar saxlanılıb. Aksiyaya çıxanlar xüsusi avtobuslarla iradələrinin ziddinə olaraq Bakıdam kilometrlərlə uzaq qəsəbələrə aparılaraq, sərbəst buraxılıb, onlar geri qayıtmaq üçün xeyli əziyyət çəkiblər. Aksiya zamanı saxlanılıb polis idarə və bölmələrinə aparılanlar, o cümlədən AXCP sədri barədə hər hansı rəsmi açıqlama verilməyib, onların harada, hansı şəraitdə saxlanması ictimaiyyətə açıqlanmayıb.

AXCP hakimiyyətin ölkədə sərbəst toplaşmaq azadlığını faktiki qadağan etməsini və öz konstitusion hüququndan yararlanmaq istəyən vətəndaşlara qarşı belə qəddar davranışını qətiyyətlə pisləyir və bu vəziyyətin davam etməsilə barışmayacağını bəyan edir. AXCP 19 oktyabr aksiyasında həm partiya sədri Əli Kərimlinin, həm də başqa iştirakçıların zorakılıqla saxlanılmasını pisləməklə yanaşı, bəyan edir ki, bunu törədənlər vaxtı gələndə qanun qarşısında layiqli cəzalarını alacaqlar.

AXCP bildirir ki, sədrinin və çoxlu sayda funksioner və fəalının saxlanılmasına baxmayaraq, öz fəaliyyətini əvvəlki ahənglə davam etdirir, partiyanın bütün strukturları yenə də işlək vəziyyətdədir, yeni qərarların qəbulu və icrası ilə məşğuldur.
AXCP yaranmış yeni vəziyyətə uyğun sonrakı addımları barədə öz strukturlarında müzakirələr aparır və tezliklə Milli Şura ilə koordinasiya edilmiş şəkildə qərarlarını açıqlayacaq.

AXCP ölkə vətəndaşlarını öz hüquq və azadlıqları, Azərbaycanın demokratikləşməsi uğrunda mübarizədən heç bir halda vaz keçməməyə, indiki əzm və iradəsini qorumağa, yeni dinc etiraz aksiyalarına hazır olmağa səsləyir.

AXCP eyni zamanda dünyanın demokratik güclərini, beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinin öz konstitusion haqlarını istəyən vətəndaşlara qarşı qanunsuz və zorakı davranışlarına, konkret olaraq 19 oktyabr aksiyasına münasibətdə törətdiyi qnunsuzluqlara göz yummamağa, bununla bağlı Azərbaycan hakimiyətindən məsuliyyət tələb etməyə çağırır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button