2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP sədri Gözəl Bayramlını yubileyi münasibətilə təbrik edib

AXCP sədri Əli Kərimli sədr müavini Gözəl Bayramlını yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: 
Bu gün vətəni, onun müstəqilliyi, xalqının azadlığı uğruna həyatını təmənnasız şəkildə həsr etmiş dəyərli insanlardan olan Gözəl Bayramlının doğum günüdür. Azərbaycan tarixində igidliyi, yüksək intellekti, ictimai fəallığı, geniş dünyagörüşü, idarəetmə bacarığı və mübarizliyi ilə tanınan xanımlarımız az olmayıb. Hələ gənc yaşlarından milli mücadiləyə qoşulan, öz cəsarəti, təşəbbüskarlığı, intizamı və yüksək təşkilatçılıq bacarığı, ürəklərə nüfuz edən təsirli çıxışları, bütün etiraz aksiyalarında daim öndə olması ilə seçilən, dövrümüzün lider xanımlarından olan Gözəl Bayramlı məhz belə bir şəxsiyyətdir. Gözəl xanım siyasi fəaliyyətinə AXC Nərimanov rayon şöbəsində başlayıb. Uzun illər bu şöbədən AXCP Ali Məclisinin, daha sonra Rəyasət Heyətinin üzvü, Ali Məclis sədrinin müavini olub, hazırda isə AXCP sədrinin müavini və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. Gözəl xanım sadəcə siyasi fəaliyyətində uğur qazanmayıb, o həm də ixtisası üzrə işlədiyi istehsalat müəssisəsində böyük bir şöbəyə məharətlə rəhbərlik edib. Istər partiyanın təşkilat işlərində, müşavirə və etiraz aksiyalarının təşkilində, istər insanlarla fərdi ünsiyyətdə, mitinqlərdə etdiyi çıxışlarında, virtual aləmdə öz mükəmməl yazılarında göstərdiyi misilsiz istedad, ən çətin zamanlarda üzərinə götürdüyü məsuliyyətin ağırlığından qorxmaması ona həm cəbhədaşları, həm də geniş ictimaiyyət arasında böyük nüfuz qazandırır.
2010-cu il parlament seçkilərində namizədliyini irəli sürmüş Gözəl xanım uğurlu seçki kampaniyası aparmış, televiziya debatında bütün ölkəni heyrətə salmış məntiqli, cəsarətli çıxışı ilə iqtidar namizədlərinin sərrast cavabını vermiş, seçicilərinin səslərini qazanaraq millət vəkili seçilmişdir. Lakin mövcud avtoritar rejim adəti üzrə saxtakarlıq edərərk bu halal mandatı onun əlindən almışdır. Onun haqlı mövqeyi, hakimiyyət tərəfindən təzyiqlərə məruz qalması, həbs olunaraq hüquqlarının pozulması Avropa Məhkəməsində də dəfələrlə öz təsdiqini tapmış və avtoritar hakimiyyət cərimələrə məruz qalmışdır. Gözəl xanım mərd, cəsur, əqidəsinə sadiq, vətənpərvər bir ziyalı və cəbhəçi olmaqla yanaşı, incə zövqlü xanım, sədaqətli və qayğıkeş dost, zəhmətkeş insan, onu tanıyanların sevimlisidir.
Hörmətli Gözəl xanımı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Belə ləyaqətli, savadlı, mübariz və cəsur cəbhədaşımla şərəfli mübarizə yolunda bərabər olduğumuza görə sonsuz qürur duyuram. Ona sağlıqlı uzun ömür, haqq işi uğrunda mübarizəsində uğurlar və müqəddəs amallarının gerçəkləşməsini arzulayıram.

HÖRMƏTLƏ, AXCP SƏDRİ ƏLİ KƏRİMLİ

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button