2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

AXCP sədrinin internetə çıxışı və telefon xətti bağlanılıb

Aprelin 13-də axşam saatlarında Osmanqızı internet televiziya kanalında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iilə müsahibə olacağı barədə anaons verildikdən sonra Kərimlinin və ailə üzvlərinin internetə bütün çıxış imkanları məhdudlaşdırılıb, mənzilinin telefon xətləri bağlanıb. Bu səbəbdən AXCP sədri canlı yayıma qoşula bilməyib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda Əli Kərimli evindədir, kommunikasiya imkanlarının kəsilməsindən başqa narahatlıq yoxdur”, deyə AXCP-nin aprelin 14-də yaydığı məlumatda deyilir.

AXCP koronavirusla bağlı elan edilən karantin dövründə bütün kütləvi tədbirləri dayandırıb.

Qurumun bəyanatında deyilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan xalqını pandemiya dövründə ciddi karantin qaydalarına əməl etməyə çağırıb və bu çağırışına sadiqdir.

“Ölkədə rəsmi karantin elan edilməzdən iki həftə öncə AXCP qərar qəbul edərək, bütün kütləvi tədbirlərini təxirə salıb və bunu rəsmi elan edib. Ölkədə COVİD-19 virusunun geniş yayılmaması üçün hakimiyyətə mütəmadi təkliflərini verib. Əhalinin maariflənməsini və aztəminatlı təbəqənin karantin qaydalarına əməl etməsi üçün yardım almasını vacib hesab edib və edir. Hökumətə aid internet səhifələrində güya Əli Kərimlinin əhalini küçələrə çağırması barədə yazılanlar hakimiyyətin Əli Kərimlini şərləmək və təcrid etmək planının başlanğıcıdr. Bütün dünya və yerli ictimaiyyət bu barədə hər şeyi aydın və açıq bilir. AXCP özünün dinc və demokratik mübarizəsindən geri çəkilməyəcək və sivil mübarizəsinə davam edəcək”, deyə sənəddə qeyd edilir.

Rəsmi qurumlar AXCP-nin məlumatına və bəyanatına hələ münasibət bildirməyib. Daxili İşlər Nazirliynin mətbuat xidməti karantin dövründə müxalifətə qarşı təzyiq və təqiblərlə bağlı məlumatları bir neçə gün öncə təkzib edib. Mətbuat xidməti qanunvericiliyin bütün insanlara aid olduğunu vurğulayıb. 

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button