2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP üzvlərinin məhkəməsinə gələn bir neçə fəalı saxlanılıb

Ağır Cinayətlər Məhkəməsində yanvarın 25-də AXCP üzvləri Sahib Rüstəmov, Vidadi Rüstəmli, Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlinin prosesi zamanı məhkəmə qarşısında həbslər olub.

Məlumatı Meydan TV-yə partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

İlham Hüseyn bildirib ki, partiyasnın məclis və sıravi üzvləri Orxan Səlimzadə, Uğur Cəfərov, Cabbar Savalanlı, Mehdi Nağıyev, Ceyhun Arif, Fuad Quliyev, Kənan Əzizli, Xəyal Əliyev və İslam İslamzadə 22-ci polis bölməsinə aparılıblar:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu cür kütləvi həbslərdə məqsəd partiya funksionerlərinin məhkəməsinə heç bir cəbhəçinin gəlməməsidir. Hazırda 20-dən çox AXCP üzvü inzibati cəza altındadır”.

Bundan əvvəl də adıçəkilən məhkəmə prosesinə gələn şəxslərin bir hissəsi polis tərəfindən saxlanmışdı. 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. Təqsirləndirilən şəxslər həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

***

”Saxlanılanlar 22-ci polis bölməsinə aparılıblar”

AXCP-dən verilən məlumata görə, Mehdi Nağıyev, Orxan Səlimzadə və Ayaz Qasımlı 30 sutka inzibati cəza alıblar. Ceyhun Arif və Kənan Əzizli 200 manat cərimə ediliblər. Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddәsi (polisin qanuni tələbinə tabe olmamaq) irəli sürülüb.

Partiyadan bildiriblər ki, Mahir Rüstəmli, Xəyal Əliyev və Fuad Quliyev sərbəst buraxılıb.   

az24saat.org  Meydan TV-yə istinadən xəbər verir

Maraqlı xəbərlər üçün FACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button