2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

AXCP üzvlərinə hökm oxundu: 3 həbs, 2 nəfərə şərti cəza

İki nəfər şərti azadlığa buraxıldı

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinə hökm oxunub. Hakim Eldar İsmayılovun sədrliyilə çıxarılan hökmə əsasən, Gədəbəyin sabiq icra başçısı, Rusiya vətəndaşı olan Saleh Rüstəmli 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov 3 il azadlıqdan məhrum edilib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli hər biri 6,8 il, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

Aqil Məhərrəmli, Ruslan Nəsirli və Babək Həsənov ötən il mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi
AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli

AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli

Mənbə: Meydan.tv

AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP-çilər  və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrilə təqsirli bilinirlər.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button