2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP üzvlərinin şikayəti təmin edilmədi

Şikayətçilər Avropa Məhkəməsinə müraciət edəcəklər

Noyabrın 22-də Bakı Apelyasiya Məhkəməsində AXCP üzvləri Ruslan Əmirov, Cavid İbrahimov və Ağababa Cəfərovun haqqında 20 günlük inzibati həbs qərarından verilmiş şikayətlərə baxılıb.

Onlar noyabrın 17-də – Milli Dirçəliş Gününün 30 illiyilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmək üçün o istiqamətdə gedərkən polislər tərəfindən saxlanılıblar.

Onlar izacəsiz yürüş keçirməkdə ittiham ediliblər. Noyabrın 19-da Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 20 gün inzibati həbs cəzası verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Apelyasiya Məhkəməsində R.Əmirovun şikayətinə hakim Əflatun Qasımov, C.İbrahimovun şikayətinə İlqar Murquzov, A.Cəfərovun şikayətinə isə Rizvan Səfərov baxıb.

AXCP üzvləri qərarın əsassız olduğunu söyləyib, onun ləğv edilməsini istəyiblər. Bildiriblər ki, onların heç bir qəbahəti olmayıb. Şəhidlər Xiyabanını ziyarət etmək qanunla qadağan edilməyib.

Hakimlər cəbhəçilərin şikayətini təmin etməyib. Cəbhəçilər barələrindəki qərardan Avropa Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.

Noyabrın 17-də Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli də daxil olmaqla, xeyli adam saxlanılıb. Onların bir qismi, o cümlədən C.Həsənli həmin gün buraxılsa da, Ə.Kərimli və daha on nəfər İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə məhkəmə qarşısına çıxarılıb. Ə.Kərimliyə 2500, digərlərinə isə 400 manatdan 1000 manata qədər cərimə kəsilib. Üç nəfərə isə 20 gün həbs verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button