2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP üzvü Bakının mərkəzində etiraz aksiyası keçirdi

“Ölkəni cəsur vətəndaşlarımızın təşəbbüskarlığı xilas edəcək”

Bu gün Bakının mәrkәzindә siyasi mәhbuslara azadlıq tәlәbi ilә birnәfәrlik aksiya keçirilib. AXCP fәalı Füzuli Hüseynov üzәrindә “Bütün siyasi mәhbuslara azadlıq” şüarı yazılmış plakat qaldıraraq, ölkәdә siyasi mәhbus probleminә diqqәt çәkib. Polislәr aksiyadan narahat olub vә F.Hüseynovu saxlayıb.
Baş verənlərə AXCP sədri Əli Kərimli “facebook” səhifəsində münasibət bildirb: “Dostlar, paylaşın, Fizuli bəyin aksiyası daha da effektli olsun! Hay-küy salmaqlarına baxmayın, hakimiyyət o qədər zəifdir ki, tək bir vətəndaşın etiraz aksiyasından da qorxuya düşür. Təkbaşına etiraz aksiyası keçirib, bütün siyasi məhbuslara azadlıq tələb edən bu şəxs partiyamızın fəalı Fizuli Hüseynovdur. Bir nəfərin səssiz piketinə də dözməyiblər. Fizuli bəyi polislər saxlayıb. Ölkəni cəsur vətəndaşlarımızın təşəbbüskarlığı xilas edəcək. Fizuli bəyin tələbinə biz də qoşulaq, bütün siyasi məhbuslara və Fizuli bəyin özünə azadlıq tələb edək”.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda aksiyaçı Nəsimi Rayon Polis İdarəsindədir. İdarədən F.Hüseynovun dindirildiyini bildiriblər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button