2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

AXCP üzvü: “Mən o tərbiyənin yiyəsi deyiləm ki, küçədə söyüş söyəm” Video

Sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə AXCP Gənclər komitəsinin sədri İlham Hüseynin sutkalıq həbs müddəti ilə verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Hakim H. Əhmədov ilkin məhkəmə instansiyasının çıxardığı qərarın qüvvədə saxlanıldığını elan edib.

Qeyd edək ki, AXCP Gənclər komitəsinin sədri, partiyanın Ali Məclisinin Rəyasət heyətinin üzvü İlham Hüseyn 19 sentyabr tarixində Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 22 sentyabr tarixində axşam çağı yenidən Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, elə həmin tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni gündə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Emil Səlimovun da sutkalıq həbs müddəti ilə verdiyi apellyasiya şikayəti təmin olunmayıb, hakim ilkin məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Emil Səlimov 17 sentyabr tarixində Bakının Nəsimi rayon polis şöbəsinə aparılıb, xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb. 22 sentyabr tarixində Nəsimi rayon polis əməkdaşları gələrək, onu evdən birbaşa Nəsimi rayon məhkəməsinə aparıblar. Elə həmin tarixdə axşam gec saatlarda Nəsimi rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası alıb.

Bu gün həmçinin Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanova inzibati həbs tətbiq olunmasından verilən apellyasiya şikayəti təmin olunmayıb. Hakim Səbail rayon Məhkəməsinin verdiyi qərarın qüvvədə saxlanıldığını elan edib.

Qeyd edək ki, AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov 16 sentyabr tarixində Bakı şəhəri Səbail rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb. 22 sentyabr tarixində Səbail polisi gəlib evindən aparıb və həmin tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

[youtube https://www.youtube.com/watch?v=yAHmHrQu1JI?feature=oembed&w=500&h=281]

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button