Nicat Abdullazadə polisin qanuni tələbinə tame olmamaqda ittiham edilib
Xətai Rayon Məhkəməsi martın 6-da AXCP üzvü Nicat Abdullazadə haqda 15 sutka inzibati cəza verilməsi ilə bağlı qərar verib.
Məlumatı Meydan TV-yə partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.
O deyib ki, N.Abdullazadəni xəstəxanada olan cəbhəçi Xəlil Hüseyni ziyarət edərkən saxlayıblar:
“Ona İnzibati Xətalar Məcəlləsinin 531.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi üzrə ittiham kimi irəli sürüblər”.
Maraqlı xəbərlər üçün Az24saat.org saytının FACEBOOK səhifəsini izləyin