2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP üzvü: Polis məndən fəaliyyətimə son qoymağı tələb edir

‘İstefa et və bunu ”Facebook” səhifəndə status şəklində yaz”

Mayın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov Şəki rayon Polis Şöbəsinə çağırılıb.

Bu barədə Meydan TV-yə Samir Həsənov özü məlumat verib. Bildirib ki, orada rəis Ə.Rzayev və müavin Q.İsmayılov tərəfindən qəbul olunub, hər ikisi tərəfindən kobud rəftarla qarşılaşıb:

“Məndən fəaliyyətimə son qoymağı tələb edirdilər. Mən buna etiraz etdim. Ertəsi gün, mayın 20-də təkrar şöbəyə dəvət edildim. Bu dəfə məndən tutduğum vəzifədən istefa verməm istənildi. Dedilər ki, istefa et və bunu “Facebook” səhifəndə status şəklində yaz”.

Saytların yığılması Saytlarin yigilmasi

S. Həsənov onların dediyini etməyini söyləyir.

Daha öncə də müxtəlif partiya təmsilçilərinə qarşı təzyiqlər olub. Məsələn, Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehriban Hüseynli mitinqdə iştirakına görə işdən çıxarılmışdı.

Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov da oktyabrın 6-da işdən uzaqlaşdırılıb.

O, səbəb kimi sonuncu mitinqlərdə iştirak etməsi olduğunu söyləyib.

AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov da oktyabrın 2-də işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılmışdı. O, səbəb kimi partiyaya bağlılığını göstərmişdi.

AXCP-nin Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubov isə həkim işlədiyi tibb müəssisəsindən çıxarılmışdı. Onlar da eyni səbəbi göstərmişdilər.

Mayın 26-da Daxili İşlər Nazirliyi Əli Kərimli və digər AXCP üzvləri barədə cinayət işi başlanması ilə bağlı məlumat yaydı.

AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı olmuş Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və digərləri “xaricdə Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması”nda günahlandırılırlar.

Respublika Prokurorluğu ilə DİN-in yaydığı birgə məlumatda deyilir ki, adıçəkilən şəxslərin bu əməlləri törətmələrinə dair sübutlar toplanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button