2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

AXCP üzvü Rövşən Quliyev inzibati qaydada həbs edilib

AXCP-dən verilən məlumata görə, Rövşən Quliyev  İnzibati Xətalar Məcəlləsinin 531.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə ittiham edilərək 30 sutka cəza alıb.

*** 

Əli Kərimli: ”İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş iqtisadçı Rövşən Quliyevin həbs olunduğu bildirilir.

Bu barədə Meydan TV-yə məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Rövşən Quliyev fevralın 18-də həbs olunub. Onun evində axtarış aparılıb və şəxsi kompüteri götürülüb.

Əli Kərimli Rövşən Quliyevin həbsini siyasi motivli sayır: “Ailəsindən aldığım məlumata görə, Rövşən bə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Artıq ailəsi vəkil də tutub”.

Əli Kərimli qeyd edib ki, Rövşən Quliyev 5 il əvvəl səhhətində yaranan problemlə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdı:

“Bu səbəbdən ailəsi onun müalicəsi ilə məşğul idi. İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button