2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

AXCP üzvü ”yoxa çıxıb”

Xəqani Nəsirovun ələ keçirilmiş facebook hesabından yayılan şəkillər, onu deməyə əsas verir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb

AXCP Gənclər Komitəsinin üzvü Xəqani Nəsirov artıq 2 həftədir yoxa çıxıb. Bu barədə “Azadlıq” qəzetinə partiyadan xəbər veriblər. Məlumatda bildirilir ki, iki həftədir cəbhəçi gənc barəsində dəqiq məlumat almaq mümkün olmayıb.

Gəncin yaxınları qəzetə bildirib ki, dəfələrlə müvəqqəti saxlanma təcridxanası ilə əlaqə yaradılsa da, təcridxana rəhbərliyi onlarda Xəqani Nəsirov adlı şəxs barədə hər hansı məlumatın olmadığını bildirib. Həmçinin “Azadlıq”ın əməkdaşları bu müddət ərzində dəfələrlə DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə ilə əlaqə yaradaraq gəncin harada saxlanılması barədə xəbər əldə etməyə cəhd göstərsələr də, bu, mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin AXCP fəallarının ələ keçirilmiş facebook hesablarından yayılan şəkillər, onu deməyə əsas verir ki, Xəqani Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb. Yayılan şəkillərdə, gəncin, təmizlik işləri ilə məşğul olduğu əks olunub. Fotolara əsasən, onun Binəqədidə yerləşən müvəqqəti saxlama təcridxanasında saxlandığı güman edilir.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button