2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AXCP üzvü Zamin Salayev yenə saxlanılıb, bu dəfə bıçaqlama şübhəsilə

Yayımlandı: 7 Fevral 2023 13:09

Siyasi fəalın özü ailəsinə məlumat verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayev saxlanılıb. Partiyadan Meydan TV-yə verilən məlumatda bildirilir ki, Zamin Salayev ailəsinə zəng edərək, saxlandığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Oğlu Oqtay Salayev bildirib ki, atası evlərinə zəng edib. Deyib ki, onu Qaradağ polisi saxlayıb. Çox qısa danışıb, əlavə heç bir məlumat verməyib”, – AXCP-dən belə deyilib.

Daxili İşlər Nazirliyi də AXCP funksionerinin saxlandığını təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, fevralın 7-nə keçən gecə saat 1 radələrində Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan yerdə Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirilib. Sahil qəsəbəsinin sakini olan 1980-ci il təvəllüdlü Natiq Süleymanov xəstəxanaya yerləşdirilib.

“Qaradağ Raron Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə hadisəni törədən Salyan rayon sakini, 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb. Rayon Polis İdarəsində araşdırma aparılır”, – DİN-dən bildirilib.

Zamin Salayevin bu ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Zamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button