Bizim tərcümə

Axtarış və xilasetmə itləri necə öyrədilir?

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-13 12:38:34

class=”medianet-inline-adv”>

Meksika qrupunun zəlzələlərin dağıntılara səbəb olduğu Adıyamanda aparılan işlər zamanı Proteo axtarış-xilasetmə iti həyatını itirdikdən sonra qrup Proteonun xatirəsinə bir dəqiqəlik sükut və mərasim təşkil etdi. Proteo axtarış-xilasetmə işləri çərçivəsində Meksikadan Türkiyəyə gələn 16 itdən biri olub. “El Financiero” qəzeti bu itlərin necə və nə qədər müddətə öyrədildiyini yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

TƏLİM HƏLƏ 4 AYDAN BAŞLAYIR

Meksika Müdafiə Nazirliyinin nəzdində yetişdirilən bu itlərə 3 aylıq olanda mikroçip vurulur və şəxsiyyətləri silinir. İtlər 4 aylıq olduqdan sonra axtarış-xilasetmə qruplarına inteqrasiya edilərək təlimə başlayırlar və bir yaşı tamam olana qədər təlimləri davam edir. Daha sonra itlər orduda müxtəlif ixtisaslara bölünür. Bu ixtisaslardan biri təbii fəlakətlər zamanı insanların xilas edilməsini əhatə edir.

class=”medianet-inline-adv”>

Proteo adlı it yunan mifologiyasında Poseydonun oğlu Proteyin adını daşıyır. Yunan mifologiyasında Proteus gələcəyi proqnozlaşdıra bilir.

Axtarış və xilasetmə itlərini necə öyrətmək olar

PROTEONUN TƏLİMÇİSİ: MƏN SƏNİNLƏ FƏXR EDİRƏM

Proteonun sahə təlimçisi və məsul zabiti Villeda itin ölümündən sonra dedi: “Mən səninlə fəxr etdiyimi demək istəyirəm, çünki sən həmişə güclü, çalışqan, heç vaxt təslim olmayan bir it olmusan. Təəssüf ki, mənimlə geri dönə bilməyəcəksən, səni həmişə xatırlayacağam. Ümid edirəm ki, bütün Meksika sizi həmişə xatırlayacaq, sizi heç vaxt unutmayacaq. Bir gün yenə görüşəcəyik” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button