2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Axtarışda olan şəxs zərərçəkən kimi tanınır''

Fuad Əhmədlinin vəkili: ”2015-ci ildən axtarışda olan adam 2016-cı ildə necə şəxsiyyət vəsiqəsi alıb?”

Saytların yığılması Saytlarin yigilmasi

“Bu adam iki ildir Bakı şəhər Baş Polis İdarəsinin axtarışındadır. Buna görə də polislərin təsiri ilə belə ifadə verib. Bu adam qorxu keçirməyib. Həbs edilməli olduğu halda şəxsiyyət vəsiqəsi alıb. 2015-ci ildən axtarışda olan adam 2016-cı ildə necə şəxsiyyət vəsiqəsi alıb?”

Bu sözləri məhkəmə prosesində vəkil Əsabəli Mustafayev zərərçəkmiş kimi tanınan Məhəmməd Quliyev haqqında deyib. 

Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev zərərçəkmiş Məhəmməd Quliyevdən istintaqa hansı formada çağrlımasını soruşub. M. Quliyev telefon vasitəsi ilə istintaqa çağırıldığını deyib. Ə. Mustafayev isə M. Quliyevin dələduzluq əməlinə görə, axtarışda olduğunu deyib:

Vəkil Bakı şəhər Baş Polis İdarəsinin saytından onun axtarışda olması barədə məlumatı və şəkili məhkəməyə təqdim edib. Ə. Mustafayev deyib ki, zərərçəkmiş məhkəmədə düz danışmaq barədə and içib, lakin yalan danışıb. Buna görə onun adı zərərçəkmişlərin siyahısından çıxarılmalı və buna prokuror qiymət verməlidir. 

Prokuror isə bunun ona aidiyyatı olmadığını deyib. Bunu zalda əyləşənlər gülüşlə qarşılayıblar. Hakim Fikrət Qəribov isə deyib ki, gülmək lazım deyil:

“Kim gülürsə, özünə gülür. Biz ədalətli məhkəmə prosesi aparırıq”. 

M. Quliyev isə deyib ki, barəsində olan cinayət işinə görə polis idarəsində  izahat verib, lakin axtarışda deyil. O, şəxsiyyət vəsiqəsi aldığını etiraf edib. Hakim deyib ki,  bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə sorğu veriləcək və onun axtarışda olub-olmaması araşdırılacaq.

İclasda ifadə verən digər zərərçəkmiş Samir Xəlilov isə heç bir zərər çəkmədiyini, zərərçəkmiş kimi tanınmaq istəmədiyini, F. Əhmədlini tanımadığını deyib.

İclasda F. Əhmədli də  ifadə verib. O bildirib ki, ittihamların heç birin qəbul etmir və heç bir qaydaları pozmayıb: 

“Mən texniki işçi olmuşam. Əlimdə heç bir gizli məlumat olmayıb. Mən heç kimi izləməmişəm və şəxsi məlumatları kiməsə verməmişəm. ATV kanalı bizdə çəkiliş aparıb. Abunəçi zəng edir, şöbə müdiri bütün məlumatları ona deyir. Bununla bağlı veriliş veriblər. O zaman ATV kanalında həmin verilişi efirə verənləri də tutmaq lazımdır”.

İclasda F. Əhmədlinin əmisi oğlu Əliağa Əhmədli şahid qismində ifadə verib. O bildirib ki, M. Quliyevə pul veriblər, sonra M. Quliyevi tapa bilmədikləri üçün Fuad Əhmədliyə zəng edib M. Quliyevin yerini öyrənməyi xahiş edib. F. Əhmədli də ona M. Quliyevin ölkə xaricində olduğunu deyib.

Proses mayın 23-də davam edəcək. 

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Fuad Əhmədli ittihamları rədd edir. AXCP onun həbsini siyasi motivli hesab edir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button