2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ay necə yarandı? – Astronomlar heyrətdə

Başqa heç bir peyk orbitində dolaşdığı planetlə müqayisədə Ay qədər böyük deyil. Maraqlıdır, Dünya bu qədər böyük bir peykə necə sahib oldu?

Moderator.az-ın “BBC Earth”-a istinadən təqdim etdiyi bu yazıda yuxarıdakı suallara tapa biləcəksiniz.
Dünyanın peyki Ay hələ də özündə bir çox sirr daşıyır. Yer üzündən Ayın yalnız bir üzünü görə bilirik. Ay dənizlərdəki qabarmaya, heyvanların nə zaman cütləşəcəyinə, hətta insanın yuxusunu belə təsir edir. Buna baxmayaraq 1969-cı ilə qədər heç kim Aya getməmişdi. Bu günə qədər yalnız 12 nəfər gedib Aya gedib. Həm bu astronomik səfərlər, həm də insansız uçan kosmik cihazların sayəsində Ayın quruluşu ilə bağlı xeyli məlumat almışıq. Amma Ayın haradan gəldiyi sualına hələ də dəqiq bir cavab verilməyib.
Bu barədə müxtəif suallar yaranıb, olmaya Dünyadan qopub, yoxsa günəş sistemində dolanarkən Dünyanın cazibə sahəsinə girib ətrafımızda fırlanmağa başlayıb? Və ya yaranmasına yol açan başqa bir partlayış olub?
Image result for Qalileo Qaliley
Məşhur fizik  və astronom Qalileo Qalileyin düzəltdiyi teleskop ilə uzaqdan da olsa Ayı ilk dəfə ətraflı şəkildə görmə fürsəti yaranıb. 1600-cü illərin əvvəlində Qalileo Ayın da Dünya kimi düzənlik və dağlardan ibarət olduğunu ortaya qoymuşdu. Bu sübut ikisinin də eyni vaxtda yarandığına işarə edirdi.
1800-cü illərdə Çarlz Darvinin oğlu Corc isə Dünyanın yarandığı ilk dövrlərdə sürətlə fırlanarkən bir hissəsinin qopub Ayı yaratdığını deyirdi. Qeyd edirdi ki, Sakit Okean da məhz bu ayrılmanın geridə buraxdığı izidir.
Image result for Harold Urey
İkinci Dünya Müharibəsindən sonra isə bununla bağlı başqa fikirlər irəli sürülüb. Kimyaçı Harold Urey Ayın qalaktikanın başqa bir yerindən gələrək Dünyanın cazibə mərkəzinə daxil olduğunu deyirdi. Dünya ilə müqayisədə bir peyk olaraq Ayın kütləsi olduqca böyükdür. Ona görə də başqa bir yerdə yaranmış olması daha məntiqli olardı. Bundan başqa, Ayın yalnız bir üzünü görə bilməyimiz də bu nəzəriyyəni dəstəkləyir.
Ancaq bəzi alimlər Dünyanın Ayı öz orbitində heç bir axsama olmadan  cazibəsinə almasına şübhə ilə baxır. Həmçinin düşünürlər ki, belə bir cazibəylə iki göy cismi qoşşuqmuş olardı.  Amma bunun da bir açıqlaması olub. Dünyanın geniş bir atmosferə sahib olması hava yastığı funksiyası göstərərək bu toqquşmaya və Ayı ləngidərək yenidən kosmosa düşməsinə mane olardı. Buna qədər isə heç bi ehtimal olmayıb.
Ayın Dünyanın cazibə sahəsinə girməsini ifadə edən Ureyin nəzəriyyəsi 1960-cı illərdə də davam edib. Aya astronom göndərildiyində hansı nəzəriyyənin sübut ediləcəyini göstərən dəlillər gələcəkdi. Ancaq Aydan gətirilən daşlar bütün mövcud nəzəriyyələri yerlə bir etdi. Əvvəl Corc Darvinin Ayın Dünyadan qopduğunu irəli sürən nəzəriyyəsi çökdü. Daş nümunələri Ayın Sakit Okeanından çox daha qədim olduğunu göstərirdi. Həmçinin Dünya ilə Ay kimyəvi olaraq bir-biri ilə az qala eyni ölçüdəydi. Beləliklə Ureyin hər ikisinin ayrı-ayrılıqda olduğunu irəli sürən nəzəriyyəsi də çökürdü.
Image result for günəş sistemi
Ay günəş sistemindəki oxşar obyektlərdən 29 milyon il sonra yaranmışdı. Üzərindəki tünd rəngli bölgələr bir zamanlar maye halda maqmatik dənizlərlə örtülü olduğunu göstərirdi.
Son Apollo enişindən üç il sonra 1975-ci ildə yeni bir fikir ortaya atıldı: Nəhəng toqquşma. Günəş sistemi 4,5 milyard il əvvəl əmələ gələrkən nəhəng qayalar uçuşurmuş. Bunlardan biri, Dünyanın onda biri böyüklüyündə olan  Theia Dünyaya dəyir. Bu toqquşma nəticəsində Dünyanın bir kənarı qoparaq aralanır və fırlanaraq kürə şəklini alır. Beləliklə Ay yaranır.
Amma Ay ilə Dünya kimyəvi olaraq bir-birinə çox bənzəyir. Halbuki nəhəng toqquşmanın ardından Ayda (həqiqətən var idisə) Theianın izinə rast gəlinməsi lazım idi. Oksford Universitetinin alimi Aleks Hallidayə görə, hər bir planetin nüvə əmələ gəlməsi fərqli olduğundan fərqli atomlar gözlənilir.  Aydakıların isə Dünyadan gəldiyi görünürdü.
Başqa bir nəzəriyyəyə görə isə toqquşmanın təsiri o qədər böyük olub ki, Theia da, Dünya da əriyib atomları qarışmış ola bilər. Amma belə bir toqquşmanın olduğu da dəqiq deyildi.
Image result for Theia nəzəriyyəsi
2012-ci ildə Harvard Universitetindən alimləri Theianın güman ediləndən çox daha kiçik, Dünyanın kütləsinin 2 faizi qədər və bunun toqquşma təsirinin çox az ola biləcəyini irəli sürüb. Beləliklə Ayı yaradan maddə yalnız Dünya ilə oxşardı, Theiadan iz yoxdur.
Lakin 2015-ci ilin aprel ayında nəhəng toqquşma təsiri hipotezini gücləndirən başqa faktlar ortaya çıxdı. Günəş sisteminin əmələ gəlmə mərhələsində dolanan və planetlərə çırpılan obyektlərin struktur olaraq bir-birinə bənzəmə ehtimalının daha əvvəl güman edildiyi kimi 1 faiz deyil, 20 faiz olduğu müəyyən edilib. Bu göstərici Theianın Dünyaya sürətlə çırpılaraq Ay ayırmasını və əriyib bir-birinə qarışmasını, Dünya ilə Ay arasındakı oxşarlığın da bu şəkildə açıqlanması ehtimalını gücləndirdi. Amma hələ də cavablandırmağı gözləyən suallar var.
Buna baxmayaraq bir çox tədqiqatçı həlli nəhəng toqquşma ehtimalında görür. Amma bunun sübut olunması üçün Theianın müəyyən bir kütləyə malik və Dünyaya məlum bir aspektdən dəymiş olmalıdır. Bunu sübut etmək isə hələ ki çətin görünür. Ayınyaranmasına dair bu bağ bir az da onun fövqəladə xüsusiyyətlərində gizlənir. Bəlkə də Ayın əmələ gəlmə hekayəsi bütünlüklə şansa əsaslanır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button