2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Ayağımı kəsməyin, oynamaq istəyirəm”-VİDEO

Suriyada Bəşər Əsəd dövlətinə qarşı vuruşan vəhhabi terrorçular illərdir Fuə və Kəfəriya şəhərini öz mühasirələrində saxlayıblar. Şəhər əhalisi mühasirə nəticəsində ağır günlər yaşayır. Bu şəhərlərdəki uşaqların illərdir meyvə üzünə həsrət qaldığı deyilib. Terrorçular ara-sıra bu iki şəhərə hücumlar edirlər. Hazırkı videoda vəhhabilərin hücumu nəticəsində yaralanmış körpə qızcığaz həkimlərin onun qıçını kəsəcəyini zənn edir və bu sözləri deyir:
“İstəyirəm oynamağa gedəm. Xahiş edirəm ayağımı kəsməyin. Ana, qoyma ayağımı kəssinlər. Axı oynamaq istəyəcəm.”
Qeyd edək ki, Hələb şəhərindəki vəhhabi terrorçular Suriya ordusuna məğlub olarkən dünya mediası terrorçulara dəstək olaraq Hələbə kömək istədilər və Hələbdə terrorçuların məhv edilməsini “insan qətliamı” adlandırdılar. Lakin Fuə və Kəfəriya şəhərlərində illərdir zülmə məruz qalan günahsız insanların səsini kimsə eşitmək istəmir.
Bütün bunlar onu göstərir ki, əksər dövlətləri, xüsusilə Amerika və qərb dövlətlərini maraqlandıran insan hüquqları yox, öz siyasi hədəflərinə çatmaqdır.(SizinYol)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button