Loading...
Loading...
Xəbərlər

Ayaz Həsənov vəzifəsindən azad edildi

O, 2017-ci ildən Baş Qərargah rəisinin müavini idi

General-leytenant Ayaz Həsənov Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 23-də sərəncam imzalayıb.

Ayaz Həsənov 1972-ci ildə Şamaxı rayonunda anadan olub.

1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını bitirib.

O, 2017-ci ildə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

2018-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “general-leytenant” ali hərbi rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi parada komandanlıq edib.

2020-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif olunub.


24 saat” “Ayaz Həsənov vəzifəsindən azad edildi” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button