2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ayaz Mütəllimov utanmadan yalan danışdı – MƏTN

“Adam kişi kimi həqiqəti, öz səhvlərini də etiraf edər. Bunlar elə danışırlar ki, guya ki, Azərbaycanın başına gələn bəlalarda cəbhəçi liderlərin heç bir günahı yox idi. Guya ki bunlar mələk idilər və kənarda oturub baş verənlərdən həzz alırdılar. Yox, işləyirdilər! Yalnız öz xeyirləri üçün. Mən prezident olan zaman eşidirdim ki, cəbhəçilər bu şüarla yaşayırlar:” Nə qədər Mütəllibova pis olsa, o qədər bizə yaxşı olar…”

Turkustan.info xəbər verir ki, bu sözləri Moderator.az saytına müsahibəsinə Azərbaycanın eks-prezidenti, 1992-ci ilin martında xalq tərəfindən istefaya göndərilmiş Ayaz Mütəllibov söyləyib.

“Keçmiş bolşeviklər də çar hökuməti ilə mübarizə aparanda bu cür şüardan istifadə edirmişlər. Mən isə AXC liderlərinə deyirdim ki, a kişilər, çoxunuz 30-35 yaşlı cavan oğlanlarsınız, hara tələsirsiz. Gəlin bu çətin vəziyyətdə bizə kömək edin, birləşək, əl-ələ tutaq, xalqı ölkəni bu bəlalardan qurtaraq, Qarabağı azad edək. Sonra yenə mən gedərəm, siz qalarsız hakimiyyətdə. Onların arasında, bildiyimə görə, yalnız İsgəndər Həmidov müsahibələrindən birində etiraf edib ki, biz Mütəlllibova əl vurmamalıydıq. Sabir Rüstəmxanlı isə açıqca deyib ki, nə Moskva, nə ora-bura, bizə tapşırıq verildi, biz də Mütəllibovu hakimiyyətdən kənarlaşdırdıq”.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – turkustan.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button