2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AYB Qurultayında dava – Namizədlər etiraz edib zalı tərk etdi

Yayımlandı: 26 Oktyabr 2022 22:25

Saytların yığılması Saytlarin yigilmasi

Xalq Yazıçısı Anar Yazıçılar Birliyinin 13-cü qurultayında yenidən sədr seçildi 

Yazıçılar Birliyinin qurultayında 2 namizəd Emil Rasimoğlu və Fuad Cəfərli onlara söz verilmədiyindən buna etiraz edib zalı tərk etdi.

“Anar müəllim, mən parlamentə namizədliyimi vermiş adamam. Orada mənə söz veriblər, amma qurultayda vermədilər. Niyə? Bu, sizin fiaskonuzdur”, – Fuad Cəfərli etiraz edib.

“Mənim sözümə məhəl qoymadan əgər sən Anarın səsverməsini elan edib, bununla da tədbiri tamamlayırsansa, demək sən sadəcə bu qurultayı bundan öncəkilər kimi təkrarlayırsan”, – şair Emil Rasimoğlu deyib.

Namizədlərin etirazından sonra jurnalistlərin suallarını cavablayan Anar Rzayev deyib ki, tədbiri mən aparmırdım.

“Gizli səsvermə zamanı pozaq qoçaqlar çox olur. Onların cəsarəti çatmır ki, açıq səsvermədə öz fikirlərini bildirsinlər. Açıq səsvermə ən demokratik səsvermədir. Bu da bizim nizamnaməmizə daxildir”, – yazıçı deyib.

Anar Rzayev həmçinin bildirib ki, bu onun sonuncu namizəd olduğu qurultaydır.

“5 il ərzində nə mümkündürsə mən edəcəm. Əgər 5 il qalsam. Mətbuatın zəhərlərini uda-uda, bundan sonra yaşaya bilsəm. 5 ildən sonra isə kimi istəyirsinizsə onu da seçərsiniz”, – deyib.

Səsvermə nəticəsində yeganə namizəd Anar növbəti 5 il ərzində də AYB-yə sədrlik edəcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button