2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Aydəm İsmayılov İnam Kərimovu necə aldadıb?

İş adamının qurban bayramında KTN-nin xətti ilə ölkəyə gətirilən qoyunların sayını gizlətməsi naziri qəzəbləndirib

Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə nazirliyin nəzdində fəaliyyət göstərən “Green Park Azərbaycan” MMC-nin direktoru təyin edilən Aydəm İsmayılovla bağlı Elçi.az-a ilginc məlumat daxil olub.

Aydəm İsmayılov nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Sonradan KTN-nin tərkibində yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olmaq istəyib. Ancaq Aydəm İsmayılov nazir İnam Kərimovun qəzəbinə tuş gəlib.

Məlumata görə qalmaqallı iş adamının İnam Kərimovun qəzəbinə “tuş” gəlməsinin səbəbi, qurban bayramında Gürcüstandan ölkəyə gətirilən qurbanlıq qoyunlar olub.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, KTN-nin xətti ilə qonşu ölkədən qurbanlıq qoyunların gətirilməsi Aydəm İmayılovla başqa bir iş adamına tapşırılıb. Aydəm İsmayılovla ortağı isə Gürcüstandan ölkəyə gətirdikləri qoyunların sayı KTN-nin kvotasından göstərdiklərindən çox olub. Bununla da iş adamı  nazirin qəzəbinə “tuş” gəlib. 

Aydəm İsmayılovla ortağı olan digər iş adamı əlavə qoyunların ölkəyə keçirilməsi üçün Gömrük Komitəsindəki bəzi şəxslərlə anlaşdığı deyilir. Məlumata görə Aydəm İsmayılovun KTN xətti ilə ölkəyə gətirdiyi qoyunların xeyli hissəsinin alınmaması məsələnin üstünün açılmasına səbəb olub.

Belə ki, həmin vaxt nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən A.İsmayılov əlində qalan qurbanlıq qoyunları səssiscə KTN-nin rayonlarda fəaliyyət göstərən damazlıq təsərrüfatlarında “gizlət”məyə çalışıb. Nazirliyin təsərrüfatlarına yerləşdirilən qoyunlarla bağlı İnam Kərimova məlumat verildikdən sonra nazir məsələni araşdırmaq qərarın gəlib.

Aparılan araşdırmada məlum olub ki, Aydəm İsmayılovla ortağı KTN rəhbərliyinin onlara olan inamından sui-istifadə edərək hamını aldadıblar.

Mənbə iddia edir ki, Aydəm İmsayılovun qoyun maxinasiyasının üzə çıxmasından sonra nazir İnam Kərimovun ona olan etimadı bitib.

Məhz buna görə də onu arzuladığı vəzifəyə, KTN-nin ən yağlı qurumu olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəifəsinə təyin etməyib.

Buna baxmayaraq qalmaqallı iş adamın himayədarları onun Kənd Təsərrüfatı Nazirliyi üçün pullu və prestijli bir qurum olan “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə nail olublar.

Qeyd edək ki, Aydəm İsmayılovun adı ölkə mətbuatında sabiq MTN naziri Eldar Mahmudovun əsas adamlarından biri olan və “Akula Akif” kimi tanınan Akif Mustafayevlə yaxın münasibətlərinin olması barədə xəbərlər dərc edilib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button