2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Aydın Əliyev köhnə şin satanlara cavab verdi

Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev son günlər ölkəyə köhnə şin gətirənlərin gömrük rüsumunun qaldırılmasından narazılığına münasibət bildirib.

«Report»un xəbərinə görə, o təsdiq edib ki, bir köhnə təkərə (şinə) görə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb.

«Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57 faizi dəyişməyib. Dəyişən tariflərin yalnız 7 faizi artırılıb», – S.Mehdiyev əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

DGK rəsmisi işlənmiş şinlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına da münasibət bildirib:

«Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük».

«3 avroluq təkəri burda 50 manata sata bilirsizsə…»
DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib:

«Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidirlər? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz».

Xatırlatma
Son həftələr 100-dən çox şəxs ən müxtəlif dövlət qurumlarının önündə aksiya keçirərək, işlənmiş şinə görə gömrük rüsumunun qaldırılmasına etiraz edirlər. Onlar deyirlər ki, əvvəllər bir konteynerə görə 15 min manat ödəyirdilərsə, indi onlardan 45 min manat istənilir.

İş adamlarının bildirməsinə görə, belədə bu biznes onlara sərf etmir. Əks halda isə, ölkədə işlənmiş təkərin qiyməti bahalaşacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button