2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Hərbi əməliyyatların başlasa mülkü əhalinin hərbə çağrılmasına ehtiyac olmayacaq”

Aydın Mirzəzadə: “Bu gün cəmiyyətin 97 faizi prezident İlham Əliyevin siyasətini dəstəkləyirsə, azlıqda qalan 3 faizlə müzakirə aparmağa əsas görmürəm”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzazadənin 24saat.org saytıns müsahibəsi.

– Aydın müəllim, cəbhədə baş verən hadisələr, ələlxüsus son 3 gündə müşahidə olunan ağır durumu necə qiymətləndirirsiniz?

Saytların yığılması Saytlarin yigilmasi
  • Cəbhə xəttində vəziyyət oradan daxil olan məlumatlara görə gərgindir. Ermənistan 2-5 aprel tarixində baş verən döyüşlər zamanı uğradığı məğlubiyyətlə barışmaq istəmir. Prezident Serj Sarkisiyan özünün siyasi karyerasının zərbə altında olduğunu görərək ən müxtəlif provokasiyalara əl atır. Artıq onlar ən çirkin metodlara-yaşayış məntəqələrinə, mülkü əhaliyə atəş açır, insanların yaşadığı evləri vurur. Azərbaycan ordusu Ermənistanın getdiyi yolla getmək niyyətində deyil. Azərbaycan müdafiə nazirinin əmri ilə ancaq Ermənistanın hərbi obyektləri vurulur. Ermənistan silahlı qüvvələrinin həmlələrinə cavab verilir. Bununla belə, vəziyyəti diplomatik yollarla həll etmək üçün səylər göstərilir. Reallıq bundan ibarətdir.

– Aprelin 1-dən bu günə qədər 256 ev, iki məktəb və bir mağaza erməni ordusu tərəfindən vurulub. Bu say ancaq Tərtər rayonunda qeydə alınıb və bunu deputat Sahib Alıyev səsləndirib. Erməni tərəfinin bu aqressiyası davam edərsə, Azərbaycan analoji addımlar atacaqmı?

  • Hər halda Azərbaycanın səbri tükənməz deyil və heç də Ermənistanın nazı ilə oynamaq niyyətində deyilik. Cavab tədbirləri verilir, diplomatik xətlərlə baş verənlər beynəlxalq aləmdə işıqlandırılır. Bununla belə, Ermənistan müvafiq cavabını alacaq.

– Müvafiq cavab deyəndə konkret nəyi nəzərdə tutursunuz, bizdə erməni yaşayış məntəqələrini vuracağıq?

  • Mən qeyd etdim ki, Azərbaycan ancaq hərbi obyektləri vuracaq.

– Ancaq müharibədə mülkü obyektlər də vurulur…

  • Əgər mülkü obyektlər hərbi obyektlərin içərisində yerləşirsə, bu zaman siz dediyiniz qaçılmaz olur.

– Politoloq Duqin elan edib ki, Qarabağ Azərbaycanın ərazisi olsa da, reallıq başqa cürdür. Əgər Azərbaycan Qarabağda müharibəyə başlayarsa, Rusiya buna müdaxilə edəcək. Duqin hesab edir ki, Azərbaycan Osetiya və Abxaziya nümunəsini unutmamalıdır. Kremlə yaxın olan politoloq Duqinin bu fikirlərini necə şərh edirsiniz?

  • Duqin radikal mövqeyi ilə seçilən rus politoloqdur. Onun fikir və mövqelərini ümumilikdə Rusiya rəsmi dairələrinin fikri kimi qəbul etmək doğru olmazdı. Bu, sadəcə olaraq Rusiyada, ictimaiyyətdə mövcud olan mövqelərdən biridir. Dağlıq Qarabağ məsələsi heç bir halda Cənubi Osetiya və Abxaziya variantları ilə eyniləşdirilə bilməz. Bu baxımdan Rusiyada və Ermənistanda müəyyən qüvvələr istərdilər ki, Azərbaycanla onların istədiyi formada davransınlar. Lakin Rusiya-Azərbaycan münasibətləri o səviyyədədir ki, heç bir halda Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınması mümkün deyil. Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, münaqişənin iki dövlət arasında həll edilməsinə çalışır, diplomatik səylər göstərir. Ancaq əlbəttə ki, son nəticə Ermənistanın tutduğu mövqedən asılıdır. Ermənistan isə gördüyünüz kimi bu gün normal düşüncə tərzini itirib və bunun nəticələrinə də, özü cavabdehlik daşıyacaq.

– Müharibə ehtimalını necə qiymətləndirirsiniz?

  • Hər şey vəziyyətdən  və situasiyadan asılıdır, dəqiq bir söz demək olmaz.

– Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olaraq Azərbaycanın hərbi imkanlarını və perspektivini necə qiymətləndirirsiniz?

  • Azərbaycan ötən illər ərzində özünün hərbi qüdrətini kifayət qədər gücləndirib. Hər il hərbi büdcəyə 4 milyarda qədər vəsaitin ayrılması, müasir hərbi silahların alınması, silahlı qüvvələrin hazırlığının daimi diqqətdə olması öz nəticələrini verir. Hətta geniş hərbi əməliyyatların başlayacağı təqdirdə mülkü əhalinin hərb sıralarına çağrılmasına ehtiyac olmayacaq. Ordumuz bu gün qarşıya qoyulan vəzifələri tam yerinə yetimək gücündədir.

– Son 3 gündür ki, ermənilər cəbhəyanı əraziləri atəşə tutur, mülkü evlərə və insanlara ziyanlar vurur. Siz, parlamentdə bununla bağlı müzakirələrə ehtiyac görürsünüzmü?

  • Hal-hazırda belə bir müzakirələrə ehtiyac duymuram. Vaxtaşırı parlamentdə bu məsələlər qaldırılır. Bildiyiniz kimi, parlamentin son iclasında bir neçə millət vəkili, o cümlədən mən özüm də cəbhədə baş verən hadisələrə öz münasibətimi bildirdim. Hesab edirik ki, ümumilikdə götürəndə bu gün ayrıca parlament müzakirələrinə ehtiyac yoxdur. Azərbaycan Ermənistandan fərqli olaraq ictimai müzakirələrə dəstək verir. Bildiyiniz kimi, Dağlıq Qarabağ məsələsi vaxtaşırı parlamentdə, mətbuatda, ayrı-ayrı ziyalı görüşlərində geniş müzakirə edilir. Əlbəttə ki, bunların hamısı ictimaiyyətin fikridir.

– Cəbhədə vəziyyətin belə kiritik olması konteksində Azərbaycanın daxili siyasi qüvvələrinin fəaliyyəti və addımlarından razısınızmı?

  • Bir neçə radikal mövqeli müxalif təşkilatlardan savayı digər partiyaların münasibəti normaldır. Parlamentdə olan müxalif partiyaları bu məsələdə cəmiyyətin və dövlətin bir olması, prezidentin apardığı siyasətin bu gün alternativinin olmadığını bildirirlər. Müəyyən radikal siyasi qüvvələrin düşmən dəyirmanına su tökəcək bəyanatlar verməsi, Azərbaycanın tamam fərqli siyasət yeritməsi təkliflərinin irəli sürməsi bir tərəfdən onların konstitusiya hüququdur, digər tərəfdən məhz onların apardığı bu siyasət seçkilərdə uğursuzluqlarına gətirib çıxarır.

– Belə qüvvələrlə müzakirə aparmaq mümkündürmü?

  • Əvvəla onlar güc deyillər. Sosial bazaları çox zəifdir. İkincisi, bizim fərqli mövqelərimiz var və hər hansı bir müzakirəyə ehtiyac yoxdur. Əgər, bu gün cəmiyyətin 97 faizi prezident İlham Əliyevin siyasətini dəstəkləyirsə, azlıqda qalan 3 faizlə müzakirə aparmağa əsas görmürəm. Yox, əgər onlar müraciət edərsə, hansısa məsələnin müzakirəsini təklif edərlərsə, məncə bununla bağlı problem yoxdur.

– Deyirsiniz ki, radikal mövqedə olan siyasi partiyaların gücü və elektoratı yoxdur. Hazırda Respublikaçı Alternativ Hərəkatı siyasi partiyaya çevrilir və elan edib ki, indiki hakimiyyətə müxalifətdə olacaq. Bu hərəkatı YAP-a rəqib görürsünüzmü?

  • Yaransınlar, fəaliyyət göstərsinlər. Ondan sonra danışarıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button