2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Aygün Bəylərin qardaşına yenidən cəza istənildi – bu dəfə 14 il 9 ay həbs

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətova 14 il 9 ay həbs cəzası istənilib. Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə dövlət ittihamını müdafiə edən prokuror bu təkliflə çıxış edib.
Əməkdar artistin qardaşı öz qohumunun qətlinə görə həbs olunub. Bu ölüm işinə görə onunla yanaşı, daha beş nəfər də məhkəmə qarşısına çıxarılıb.
Bu məhkəmədə prokuror dörd ay öncə çıxış edib, təqsirləndirilən şəxslərə cəza da istəmişdi. O zaman təklif etdiyi cəzalar budəfəkindən xeyli ağır idi. Məsələn, öncəki çıxışında Abbas Hümmətovun 19 il 6 ay azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qətlə yetirilən Elnur Hümmətovun anası isə təqsirləndirilən şəxslərin hər birinə ömürlük həbs cəzası verilməsini istəmişdi.
Budəfəki çıxışında isə prokuror deyib ki, hadisə 2013-cü ildə baş verib. Ona görə cəzalar da o dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanmalıdır. Həmin vaxt qəsdən adam öldürməyə görə cəzalar indikinə nisbətən daha yüngül idi. Bu cinayətə görə müddətli həbs maksimum 15 il, daha ağırlaşdırıcı halda isə ömürlük idi. Sonradan qanunvericiliyə dəyişiklik edildi, müddət 20 ilə qaldırıldı.
Prokuror digər təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə, Ramil Əsirov və Elnur Alxazovun hər birinin 15 il, Elmir Əsədovun 14 il 9 ay, Cavid Alxazovun isə 14 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Bu məhkəmə prosesinin bir neçə ay təxirə salınması təqsirləndirilən şəxslərdən birinin səhhətindəki problemlərlə əlaqədar ekspertiza təyin olunmasıyla bağlı idi. Bu gün ekspertin rəyi də elan olunub. Rəydə yazılıb ki, həmin şəxs vərəm xəstəliyindən əziyyət çəkir. Amma qoruyucu maskadan istifadə etməklə məhkəmədə iştirakı mümkündür.
İttihama görə, təqsirləndirilənlər E.Hümmətovun polisə onların narkotik əkmələri haqda xəbər çatdırmasından şübhələniblər. Ona görə də E.Hümmətovu boğub qətlə yetirib, meyiti də Qala qəsəbəsində qazdıqları quyuda basdırıblar.
E.Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. Üç il sonra – 2016-cı ilin avqustun 30-da E.Hümmətovun qətlə yetirildiyi müəyyənləşdirilib, meyitin qalıqları basdırıldığı yerdən çıxarılıb.

Təqsirləndirilən şəxslərin əksəriyyəti, o cümlədən Abbas Hümmətov ölüm işinə görə özünü təqsirli bilməyib. Müğənninin qardaşı bildirib ki, o, hadisə yerinə gələndə artıq E.Hümmətov öldürülmüşdü. Dediyinə görə, hadisə haqda qorxudan heç kimə məlumat verməyib.
A.Bəylərin özünün də hazırda məhkəməsi gedir. Müğənni həmkarı Röya Nəcəfova onu məhkəməyə verib. Səbail Rayon Məhkəməsində baxılan bu işdə R.Nəcəfova həmkarını onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırır və 50 min manat təzminat tələb edir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button