2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətManşet

Aynur İmran yazır: Dollar düşdü, bizə nə?

İzləyənlər xatırlayar yəqin ki, 2000 ci illərin ortalarında Türkiyə televiziyalarında məşhur reklam vardı. Başqa mağazaların endiriminə lağ edən qəhrəman istehza ilə deyirdi ki: “Endirmək üçün qaldırmaq lazımdır”. Çox uzun müddət bizim də istifadə etdiyimiz bu sarkazm ifadə edən deyim günümüzdə də çox aktualdır. Son günlər Azərbaycan xalqı dolların qəpik-quruş aşağı düşməsindən eyforiya yaşayır. Bizim millətimiz cahil deyil, çox ağıllı, dərrakəli insanlarımız var. Amma gecə koru olduğu kimi, insanlarımızın bəzisi də qorxaqlıq korudur. Yaltaqlıq filan da hamısı qorxaqlıqdan gəlir. Yaltaqlanmayan da susmağa üstünlük verir. Halbuki susmaq da cinayətə ortaq olmaq hesab edilir.

 


Gəlin indi dolların dəyər itirməsinə sadə əhalinin gözü ilə baxaq. Sual verirəm, mağazaya gedəndə aldığınız zəruri malların qiyməti dollar qalxanda qalxdığı kimi, dollar enəndə də enirmi? Yoxsa dollar enib qalxanda növbəti dəfə qalxır? Kiçik bir endirim şousu edib sizə iki dəfə qiymət qaldıran hökümətin Az.T v dəki yalan təbliğatına inanırsızmı? Hesab edək ki, inanırsız. Bəs gün gündən pis yaşadığınızı hiss eləmirsiniz? Mağazaya gedəndə cibinizin daha sürətlə boşaldığını, aldıqlarınızın daha yüngül və az olduğunu görmürsünüz? Bir düşünün ki, dollar düşdü bizə nə, əsl düşüb qalxmağından qorxun…

Saytların yığılması Saytlarin yigilmasi

Maaşlar, təqaüdlər keçim şəraitimizə uyğun deyil. Oliqarxların ölkəyə gətirdiyi və ya ölkədə istehsal etdiyi ərzaqlar od bahasınadır. Millətin uşaqları rəsmən acdır, gün-gündən də pisləşəcək.Hələ qarşıdan Novruz bayramı gəlir. Pozitiv düşünməyə çalışsaq, ən tez Novruz bayramında yenə bahalaşma olacaq. Bayram da keçirə bilməycək bu millət, bəs onda nəyə sevinirsiniz? Dollarınız var, ya da dollar alıb satırsız ki, enib-qalxmağına da sevinirsiz. Axı bunun sizə heç bir xeyri yoxdu. Ölkədəki bütün qiymətlərin, o cümlədən dərman ləvazimatlarının da quyruğunu dollara bağlayan hökümətə etiraz eləmirsiz, büdcənin, neft pullarının, niyə bu günə qaldığınızın hesabını sorumursunuz, dolların enməsinə sevinirsiz. Narahat olmayın o sevinc çox çəkməyəcək, tezliklə dollar yenə qalxacaq, özü ilə sizin qarnınıza yediyiniz, əyninizə geyindiyiniz hər şeyin qiymətini də qaldıracaq. O zaman nəyə sevindiyinizi bir daha düşünərsiz. Bəlkə o zaman səsiniz açılar, güzəranınıza etiraz edərsiz…

Aynur İMRAN

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button