Now Reading:
Azər Qasımlı azadlığa buraxıldı

REAL Partiyasının məclis üzvü Azər Qasımlının inzibati həbs müddəti başa çatıb.

Bu barədə 24saat.org-a siyasətçinin həyat yoldşı Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, Azər Qasımılının bu gün günorta saatlarında Binəqədi müvəqqəti saxlanma təcridxanasından azadlığa buraxılması gözlənilsə də, o gözlənilmədən səhər saatlarında azad edilib və evə gəlib.

Azər Qasımlı 29 mayda 30 sutka inzibati həbs cəzasına məruz qalıb. O, küçədə polisin qanuni tələbinə tabe olmayaraq ünvansız söyüş söyməkdə ittiham olunur.

REAL üzvü ittihamı qəbul etmir və bunu təşkilatçılarından biri olduğu Cümhuriyyət yürüşünə görə baş verdiyini düşünür. Azər Qasımlı Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.