Now Reading:
Azər Qasımlıya ailə üzvü ilə görüşməyə icazə verilmədi – VİDEO

Binəqədi müvəqqəti saxlanma təcridxanasında Samirə Qasımlıya yoldaşı, REAL Partiyasının məclis üzvü Azər Qasımlı ilə görüşə icazə verilmir.

Təcridxana işçisi bütün otaqların təmirə dayandığını səbəb göstərir. 3 gündür REAL üzvü ilə telefonla danışmaq da mümkün olmayıb.

Bir müddətdən sonra qapını açan təcridxana əməkdaşı Azər Qasımlının vəkili ilə görüşünə razılıq verib.

Görüşdən çıxan vəkil Azər Qasımlıya hansısa fiziki təzyiqin göstərilmədiyini bildirib.

Azər Qasımlı 29 mayda həbs olunub. O, küçədə polisin qanuni tələbinə tabe olmayaraq ünvansız söyüş söyməkdə ittiham olunur. REAL üzvü ittihamı qəbul etmir və bunu təşkilatçılarından biri olduğu Cümhuriyyət yürüşünə görə baş verdiyini düşünür. Azər Qasımlı Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.