Loading...
Loading...
SEÇMƏ

Azərbaycan əsgəri həlak olub: “Güllə boğazından dəyib”

Yayımlandı: 6 İyul 2022 15:41

Müdafiə Nazirliyi məsələni araşdırdığını deyir

Yevlaxın Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin Laçında həlak olduğu deyilir.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib.

“Səhər əmisinə zəng vurublar ki, qardaşın oğlu şəhid olub, gəlin cənazəni götürün. Tam necə olub, hələ bilmirik. Boğazından güllə ilə vurulub”, – deyə bildiriblər.

Hərbçinin qohumu Tağı Tağızadə də “Facebook” səhifəsində məlumatı paylaşıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov Meydan TV-yə bildirib ki, məsələ araşdırılır: “Araşdırırıq, cavab verəcəyik”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin adının çəkilməsinin istəməyən əməkdaşı da Rəvan Tağıyevin ölümünü təsdiqləsə də, səbəbləri barədə heç nə bilmədiyini deyib.

“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm”, – deyə o bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  Referendum hazırlığı: Qarabağa dair hansı yeniliklər olacaq?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button