Loading...
Loading...
Gündəm

Azərbaycan əsgəri Kəlbəcərdə minaya düşdü

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi ilə bağlı araşdırma aparılır”. 

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. 

Qeyd edilir ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmanın aparıldığı bildirilir. 

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button