SEÇMƏ
Azərbaycan əsgərinin müəmmalı şəkildə vəfat etdiyi bildirilir

Yayımlandı: 28 Noyabr 2022 11:30
Müdafiə Nazirliyi ölüm faktını təsdiqləyib
Azərbaycan ordusunun əsgəri Nurəddin Mirzəzadənin müəmmalı şəraitdə vəfat etdiyi deyilir.
Hadisənin Kəlbəcərin Zar kəndindəki hərbi hissədə baş verdiyi qeyd olunub.
Bu barədə əsgərin dayısı, jurnalist Vidadi Ordahallı “Facebook” səhifəsində xəbər paylaşıb.
Müdafiə Nazirliyi məlumatı “Report”a təsdiqləyib.
Nazirlik əsgərin bədbəxt hadisə nəticəsində vəfat etdiyini göstərib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
You must log in to post a comment.