Now Reading:
Azərbaycan 10 min 500 avro cərimələndi

Azərbaycan 10 min 500 avro cərimələndi

Avropa Məhkəməsindən daha bir qərar

“Avropa Məhkəməsi bu gün Azərbaycanla bağlı daha bir qərarını elan edib – yenə müxalifətçi, yenə ona qarşı pozuntu, yenə hökumətin cərimələnməsi…” Bunu FB statusunda vəkil Xalid Ağəliyev yazır.

“Şikayətçi müxalifət təmsilçisi Tural Hacıbəyli olub. Onu 2011-ci ilin martında müxalifətin dinc aksiyasında saxlayıblar. Səbail Məhkəməsi gənci məlum ittihamla (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə məhəl qoymama) inzibati həbsə göndərib. Yuxarı məhkəmələr də rayon məhkəməsinin qərarını haqlı çıxarıb. Yekunda Avropa Məhkəməsinə şikayət edilib – Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 11 (Sərbəst toplaşmaq azadlığı) və 13-cü (Səmərəli müdafiə vasitələri) maddələrdə nəzərdə tutulan hüquqların pozuntusunun tanınması, dəymiş zərərin kompensasiya edilməsi istənilib.

Məhkəmə şikayəti təmin edib. AİHM qərarına görə, dövlət T.Hacıbəylinin azadlıq, ədalətli məhkəmə araşdırması və sərbəst toplaşmaq hüququnu pozub.

Qərara görə, hökumət T.Hacıbəyliyə 10 min 500 avro (8 min Ərizəçiyə dəymiş mənəvi zərərə, 2 min 500 avro isə hüquq məsrəfləri) ödəməlidir.

Şikayətçini Avropa Məhkəməsində Böyük Müəllim – İ.Əliyev təmsil edib”.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.