Loading...
Loading...
Siyasət

Azərbaycan avqustun 25-də sərhədçiyə hücum barədə məlumatı Ermənistana təqdim edib

Bakı/27.08.21 Azərbaycanın bağladığı Gorus-Qafan trassının sahələrinin açılması ilə bağlı danışıqlar hələlik nəticə verməyib. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan tərəfilə danışıqlar Rusiya sərhədçilərinin iştirakı ilə aparılır. Bu barədə avqustun 27-də “Sputnik-Armaniya” bildirib.

Mənbənin məlumatına görə, Azərbaycan Dövlət Sərhəd Xidməti sözügedən trassda sərhəd postlarından birindən azərbaycanlı sərhədçiyə hücum barədə məlumatları ermənistan tərəfinə verib.

Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatların yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb, – məlumatda bildirilir.

“Sputnik-Armeniya” iddia edir ki, əvvəlcə Bakı azırbaycanlı sərhədçiyə hücum edən və yaralayan erməni hərbçilərinin verilməsinə israr edib. Bakının fikrincə, hərbçi “onların ərazisində yaralanıb” və bu, təxribat kimi qəbul edilib. Erməni mənbənin məlumatına görə, tərəflərin danışıqları son dərəcə emosional keçir.

Erməni tərəfi hesab edir ki, tərəflərin istintaq orqanları avqustun 25-də azərbaycanlı sərhədçinin yaralanması ilə bağlı insidenti birgə araşdıracaq, bundan sonra yolun açılmasından danışmaq mümkün olacaq.

Xatırladaq ki, avqustun 25-də axşam Azərbaycan Qorus-Qafan yolunu bağlayıb. Azərbaycan Sərhəd Xidmətinin məlumatında sərhədçi Ruslan Şirəliyevin iki erməni tərəfindən süngü ilə yaralandığı bildirilib. Qeyd olunub ki, Azərbaycan tərəfi “adekvat tədbirlər”görəcək.-02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button