2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Avropa Komissiyası ilə qaz tədarükünün artırılması haqqında danışıqlara hazırdır – Şahbazov

Bakı/04.02.22 Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropaya təbii qaz tədarükü missiyasının öhdəsindən uğurla gəlib. Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII plenar sessiyasında bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə Cənub Qaz Dəhlizi ilə vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub, deyə o əlavə edib.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər. “Biz Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazırıq”, deyə Şahbazov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi öz növbəsində qeyd edib ki, “enerji təhlükəsizliyinin təminatı prioritet olaraq qalacaq”. “Ona görə də Azərbaycanla strateji tərəfdaşlıq mühümdür. Azərbaycana nəinki mühüm etibarlı tərəfdaş olmasına, həm də enerji təhlükəsizliyində fəal roluna görə təşəkkür edirəm”, deyə Varhelyi bildirib.

ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokştayn Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfəni müsbət qiymətləndirib. “Layihə nəinki Avropanın etibarlı qaz təchizatı, həmçinin qaz bazarının inkişafı üçün vacib layihədir. Biz bu layihəyə dəstək verdiyimizə görə məmnunuq”, deyə Hokştayn qeyd edib.

Türkmənistanın “Türkmənqaz” Dövlət Konserninin sədr müavini Atamyrat Çarıyev bildirib ki, Aşqabad Şərqi Avropa bazarının tələbatını ödəmək üçün lazım olan həcmlərdə qərb istiqamətində də təbii qaz ixracını təmin etmək üçün texniki imkan və resurs bazasına malikdir. “Biz əminik ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinə əvəzsiz töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz kəməridir”, deyə Çarıyev qeyd edib.

Serbiyanın baş nazirinin müavini, mədənçilik və energetika naziri Zorana Mixayloviç mövqeyini bildirib ki, fevralın 1-də tikintisinə başlanan və 2023-cü ildə istismara veriləcək Bolqarıstan-Serbiya qaz interkonnektoru ölkəyə Xəzər regionundan, Cənub Qaz Dəhlizi qaz kəmərindən və bir sıra digər mənbələrdən təchizatçılarla əlaqə yaratmağa imkan verəcək.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, hazırda Mərkəzi Avropada enerji mənbələrinin şaxələndirilməsi üçün ən real mənbə Azərbaycan qazıdır. -06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button