Siyasət
Azərbaycan – Böyük Britaniya əlaqələrinin genişləndirilməsi üçün birgə addımlar müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.
“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.
Görüş zamanı tərəflər Azərbaycan və Böyük Britaniyanın dostluq münasibətlərini müzakirə ediblər.
Onlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Eyni zamanda, regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb.
Mənbə:Report