Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Azərbaycan bu il Avropaya təbii qaz nəqlini 30 faiz artıracaq

Azərbaycan bu il Avropaya təbii qaz nəqlini 30 faiz artıracaq. Bu, Avropa İttifaqının Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya qazından asılılığını azaltmaq niyyəti ilə bağlıdır.

Azərbaycanın enerji naziri Pərviz Şahbazov deyib ki, Bakı ötən 8 ay ərzində Avropaya 7.3 milyard kubmetr qaz ixrac edib.

Nazir Twitter-də yazıb ki, 2022-ci ildə Azərbaycanın Avropaya qaz ixracının həcmi 12 milyard kubmetrə çatacaq. Bu, 2021-ci illə müqayisədə 31 faiz çoxdur.

Pərviz Şahbazov habelə bildirib ki, Azərbaycanın qaz hasilatı 2022-ci ilin yanvar-avqust aylarında 10 faiz artaraq 30.6 milyard kubmetrə çatıb.

Ən azı 20 milyard kubmetr

Ən azı 20 milyard kubmetr

Sentyabrın 7-də Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen demişdi ki, Avropa İttifaqına üzv ölkələr Rusiyadan idxal olunan qaza qiymət həddi qoyulması barədə razılığa gəliblər.

Rusiya prezidenti Vıladimir Putin buna cavab olaraq bildirib ki, Rusiya qazına qiymət həddi qoyan istənilən ölkəyə qazın nəqli dayandırılacaq.

Ötən iyulda Aİ və Bakı arasılnda 2027-ci ilədək Azərbaycandan Avropaya qaz nəqlinin ən azı 20 milyard kubmetrə çatdırılmasına dair niyyət memorandum imzalanıb.

Bu memorandumda habelə Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstandan keçən Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəzərdə tutulub.

Putinin qaz manevrləri

Moskvanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsinə cavab olaraq ötən may ayında Aİ liderləri Rusiyadan neft idxalını bu ilin sonunadək dayandırmaq barədə razılaşma əldə etmişdilər.

Bununla belə ittifaq üzvləri Rusiyadan idxal edilən qaza tam embarqo qoya bilməmişdilər.

Rusiya 2021-ci il ərzində Avropa İttifaqana 155 milyard kubmetr qaz ixrac edib. Bu, Aİ-nin qaza olan ehtiyacının 40 faizi qədəridir.

Rusiya artıq bundan əvvəl Aİ-nin qaz ehtiyatı yığmasının qarşısını almaq məqsədilə qazın təchizatını azaltmışdı. Buna cavab olaraq Avropa Komissiyası qarşıdan gələn qış üçün qaza qənaət planı irəli sürmüşdü.

Putin Moskvanın qaz təchizatından “silah” kimi istifadə etməsinə dair Qərbin ittihamlarını rədd edir və bildirir ki, Rusiya öz qaz və neftini dünya boyunca başqa ölkələrə sata bilər.

24 saatAzərbaycan bu il Avropaya təbii qaz nəqlini 30 faiz artıracaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Avtomobil almaq: Bazarda vəziyyət necədir? – VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button