Xəbərlər

Azərbaycan daha 23 ölkədən uçuşa məhdudiyyətləri ləğv edib

Loading...

Bakı/16.10.21 Azərbaycan daha 23 ölkənin vətəndaşları üçün hava nəqliyyatı ilə ölkəyə girişi açır.

Bu, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması tədbirləri haqqında” qərarına edilmiş dəyişikliklərdə nəzərdə tutulur.

Sənədə əsasən, hava nəqliyyatı ilə ölkəyə giriş üçün icazə aşağıdakı dövlətlərin vətəndaşlarına və bu ölkələrdə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir – Argentina, Avstraliya, Braziliya, Bruneya, Cənubi Koreya, Çili, Ekvador, Kamboca, Kosta-Rika, Kuba, Küveyt, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Mərakeş, Monqolustan, Çernoqoriya, Norveç, Oman, Panama, Salvador, Uruqvay və Yeni Zelandiya.

Azərbaycana gələn sərnişinlər COVİD-pasportu, immunitet sertifikatı və uçuşa 72 saat qalmış PCR testinin mənfi nəticələsi haqda arayışa malik olmalıdırlar.

Bundan öncə, iyunun 10-dan Azərbaycan mərhələli şəkildə 50-dən çox ölkədən giriş məhdudiyyətlərini ləğv edib.- 06B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button