Loading...
Loading...
Siyasət

Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Işçi qrupunun işi bərpa edildi

Bakı /17.08,21 / Turan: Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 17-də Moskvada üçtərəfli İşçi Qrupunun işini bərpa etdi.

   Rusiya hökumətinin bəyanatında deyilir ki, Çərşənbə axşamı günü keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan, ErmənistanRusiya liderlərinin 11 yanvar 2021 -ci il tarixli bəyanatı çərçivəsində gələcək işlərin gedişatını müzakirə etdilər.

Qeyd edək ki, Ermənistanın nəqliyyat kommunikasiyalarının açılmasından imtina etməsi səbəbindən Işçi qrupunun iclası uzun müddət keçirilmirdi. -02D-

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button