2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulduğu bildirilir

Yayımlandı: 23 Sentyabr 2022 12:36

Bakı və Yerevan bir-birini günahlandırır

Ermənistan silahlı qüvvələrinin sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Tovuz, Kəlbəcər və Daşkəsən rayonları istiqamətində atəşkəsi pozduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik həmin rayonların yaşayış məntəqələrinin müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulduğunu qeyd edib.

Ermənistan isə Azərbaycan Silahlı Qüvvələrini atəşkəsi pozmaqda ittiham edir.

Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr daimi komissiyasının sədri Taquhi Tovmasyan yerli mediaya deyib ki, Azərbaycan ordusu Ermənistanın Qeqarkunik rayonunun Kutakan icmasını atıcı silahlardan atəş açıb.

“Hazırda atışma gedir, zərərçəkənlər barədə məlumat yoxdur”, – deyə deputat Tovmasyan yazıb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button