Loading...
Loading...
SEÇMƏ

Azərbaycan-Ermənistan sərhədindəki atışmada həlak olan daha 2 hərbçinin kimliyi açıqlandı

Yayımlandı: 17 Sentyabr 2022 14:38

Azərbaycan tərəfdən itkilərin sayı 79 oldu

Sentyabrın 12-də Ermənistan-Azərbaycan hərbi qarşıdurmasında Silahlı Qüvvələrin daha 2 hərbçisinin həyatını itirdiyi bildirilib.

Müdafiə Nazirliyi sentyabrın 17-də bu barədə məlumat yayıb. Bildirilib ki, baş leytenant Hüseyn Abbasqulu oğlu Nəcəfzadə və әsgәr Eşqin Nәsib oğlu Omarov atəşkəsin pozulması nəticəsində həlak olublar.

Beləliklə, son hadisələr zamanı həlak olan hərbçilərin sayı 79-yə çatıb.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Əsgər Omarov Eşqin Nəsib oğlu və Baş leytenant Nəzəfzadə Hüseyn Abbasqulu oğlu. Foto: MN

Azərbaycan Müdafiə Nazirliyi indiyədək 79 hərbçinin, Ermənistan isə 135 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Prokurorluq hərbçinin qardaşının dediklərini araşdırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button