Loading...
Loading...
Gündəm

Azərbaycan Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif edir

Azərbaycan ərazi bütövlüyünü bərpa edərək suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən yayılan xəbərə görə, bunu iyunun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında deyib.

O bildirib ki, bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur: “Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”.

Nazirin sözlərinə görə, Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur: “Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur…”.

Delimitasiya bağlanmış müqaviləyə uyğun təsvir edilmək və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsidir. Demarkasiya isə müəyyən əraziləri, sahələri (əsasən, mübahisəli) xüsusi işarələrlə ayırma hesab edilir.

Xatırlatma

Son aylar bu iki ölkə arasında sərhədin dəqiqləşdirilməsi ilə bağlı gərginlik yaranıb. Əslində bu gərginlik daha çox Qarabağ münaqişəsi ilə bağlıdır. Bu münaqişə müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, ErmənistanRusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

24 saat” “Azərbaycan Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif edir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button