Loading...
Loading...
Xəbərlər

Azərbaycan hərbçisi həlak olub

Azərbaycan hərbçisi həlak olub. Bu barədə iyulun 9-da Azərbaycanın Müdafiə Nazirliyinə istinadən Azərtac xəbər agentliyi məlumat yayıb. Xəbərdə hadisənin iyulun 8-də baş verdiyi qeyd olunur.

“İyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.”-məlumatda bildirilir.

Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, hadisə ilə bağlı hazırda istintaq aparılır.

Adı çəkilən hərbi qulluqçunun yaxınlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Bundan başqa məlumatda hadisənin harada baş verdiyi də qeyd olunmur.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Rəsmi: 'Yoluxma dinamikası intensivləşdiyi təqdirdə…'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button