Now Reading:
Azərbaycan hakimiyyəti ilə Ermənistan hakimiyyətinin fərqi

AXCP sədri növbəti fb statusunda Azərbaycan hakimiyyəti ilə Ermənistan hakimiyyətinin xarici ölkələrdəki lobbiçiliyinin başlıca fərqini izah edib:

“Ermənistan Avropa strukturlarında rəsmi lobbiçiliklə, Azərbaycan hakimiyyəti isə avropalı siyasətçiləri rüşvətlə ələ almaqla məşğul olur. Fərqi isə çox böyükdür.

Azərbaycanın Avropa Birliyindəki səfiri müsahibə verib və fəxrlə bildirib ki, bizim Ermənistandan fərqli olaraq Avropa Birliyi strukturlarında ölkəmizin maraqlarını müdafiə edən lobbi qruplarımız yoxdur, Ermənistan üçün isə rəsmi akreditasiyadan keçmiş bir neçə lobbi qrupu çalışır. Bu o demək deyil ki, biz xaricdə lobbiçiliyə pul xərcləmirik, ancaq Ermənistan xərcləyir.

Tam əksinə, 3 milyard dollarlıq korrupsiya ifşasının da sübut etdiyi kimi, Azərbaycan hakimiyyəti avropalı siyasətçilərin ələ alınması üçün çox böyük miqdarda pullar xərcləyir. Bəs fərq nədədir? Fərq ondadır ki, Ermənistan üçün işləyən lobbi şirkətləri rəsmi qeydiyyatdan keçirlər və aşkar şəkildə, dövlət pulu ilə onların dövlət maraqları üçün, yəni bizim əleyhimizə işləyirlər. Azərbaycan hakimiyyəti də lobbiçiliyi leqal etsə, lobbi müqavilələrini qeydiyyatdan keçirsə, gərək məcbur olub dövlət maraqlarının lobbiçiliyini edə. Rəsmi müqaviləyə salmaq olmaz axı bu pul ona görə xərclənəcək ki, avropalı siyasətçilər, parlament üzvləri Azərbaycandakı korrupsiyaya, seçki saxtakarlığına, rəsmi Bakının öz rəqiblərini repressiya etməsinə göz yumsun. Kim belə bir müqaviləni rəsmən imzalayar? Ona görə də Azərbaycan hakimiyyəti rəsmi lobbiçiliklə deyil, avropalı siyasətçiləri rüşvətlə ələ alıb, ailə hakimiyyəti üçün işlətməklə məşğuldur. Dövlətçilikdən danışa-danışa dövlət maraqlarını hər fürsətdə ailə hakimiyyəti maraqlarına qurban verirlər.”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.