Loading...
Loading...
Xəbərlər

Azərbaycan höküməti manatın məzənnəsini inzibati qaydada tənzimləməyə məcburdur – N.Cəfərli

Bakı/14.01.22 Prezident İlham Əliyev bu günlərdə yerli televiziyalara müsahibəsində valyuta ehtiyatlarından danışarkən  6-7 il əvvələ ( 2015-ci il)  qaydaraq deyib ki,  manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. «Amma o addımı (devalvasiyaları nəzərdə tutur)  biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi biz 10 milyard dollar valyutanı itirdik».

Bu açıqlamanı ekspertlər necə şərh edir? Yenidən devalvasiya ola bilərmi yoxsa artiq belə hal keçmişçdə qalıb? Umumiyyətlə milli valyutanı sabit saxlamaq çüün ehtiyatları xərcləmək nə dərəcdə düzdür?

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev Turana bildirib ki, «Dövlət büdcəsi haqqında» Qanunun müzakirəsi zamanı Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən manatın bu il üçün məzənnəsində ciddi bir problemin olacağı ifadə olunmadı. «Hökümətin hesabatlarından da görünür ki, həm tədiyyə balansının sabit olması, həm də vergidən gələn gəlirlərimizdən ehtiyat fondunun bu il artımla müşayiət olunması eyni zamanda valyuta ehtiyatlarımızın kifayət qədər olması bizə əsas verir ki, biz doğrudan da bu məsələdə optimist olaq».

Deputat qeyd edib ki, hazırda dünya iqtisadiyyatında gedən bəzi proseslər, yeni çağırışlar Azərbaycan iqtisadiyyatına hər rübdə yenidən baxmağa iqtisadiyyata mümkün ola biləcək təhdidlərin qarşısının almağa əsas verir.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Prezidentin çıxışındakı bu fakt çoxdan məlum idi. «10,6 milyard dollar xərcləndi, lakin sonra Azərbaycanda üçaddımlı devalvasiyaya getdi. Hazırda artıq 5-ci ildir ki, biz sabit məzənnə rejimində yaşayırıq. Prezidentin çıxışında əsas mesaj ondan ibarət idi ki, əgər belə bir vəziyət yenə yaranarsa artıq Mərkəzi Bank manatın məzənnəsini sabit saxlaması üçün pul xərcləməyəcək».

Ekspert qeyd edib ki, sabit məzənnə rejiminin özünün bazar iqtisadiyyatının elementi olmadığına görə, dayanıqlı deyil. «Yəni, bizim məzənnəni bazar müəyyənləşdirmir, ancaq Mərkəzi Bankın hökümətin inzibati qərarları ilə məzənnə sabit saxlanılır».

Bugünkü vəziyyətə gəldikdə isə, iqtisadçı hesab edir ki, manata ciddi təzyiq yoxdur. «Neftin qiyməti 85 dollardır, Azərbaycanın ticarət balansında müsbət saldosu 10 milyard dollara yaxındır. Neftin qiyməti 60 dollardan yuxarı olduğu dövrdə manat məzənnəsində ciddi dəyişikliklər baş verməyəcək. Amma bu, bu günə olan vəziyyətdir. Uzun zaman inzibati qaydada sabit məzənnə rejimini saxlamaq hansı problemlərə səbəb olduğunu biz 2014-2016-cı illərdə gördük».

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

N.Cəfərlinin fikrincə, Azərbaycan höküməti manatın məzənnəsini inzibati qaydada tənzimləməyə məcburdur. «Çünki Azərbaycanda primitiv iqtisadi modeli olduğuna görə, bizdə üzən məzənnə rejiminə keçid mümkün olmadı. Üzən məzənnə rejimi o deməkdir ki, ölkədə yüzlərlə, minlərlə valyutanı alıb-satan şirkətlər olmalıdır. Amma Azərbaycanda ölkə satan bir mərkəz var – Dövlət Neft Fondu. Alıcı isə 26 bankdır. Başqalar bu bazarda fəaliyyət göstərə bilmir».—021B-

Turan
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun