SEÇMƏ

Azərbaycan interneti azad olmayan ölkələr sırasındadır

Yayımlandı: 26 Oktyabr 2022 18:30

“Freedom House”-un 2022-ci il üçün İnternet azadlığı hesabatı açıqlanıb

“Azərbaycanda media haqqında məhdudlaşdırıcı qanun qəbul edilib. Medianın xaricdən maliyyələşməsi də yasaqdır. “Media haqqında” yeni qanun isə mövcud vəziyyəti daha da pisləşdirib. Dövlət təqibi ücbatından Azərbaycanda bəzi hallarda jurnalistlər xaricdən fəaliyyət göstərməyə məcbur qalıb”.

“Freedom House”-un 2022-ci il üçün İnternet azadlığı hesabatında belə deyilir.

İnternet azadlığına gəlincə, Azərbaycan 38 xalla interneti azad olmayan ölkələr sırasında yer alıb.

Ümumilikdə isə indeksləşdirmə üç kateqoriya üzrə aparılıb: azad, qismən azad və azad olmayan.

Səbəblərə gəlincə, hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycanda xarici saytlara giriş bloklanıb. Eyni zamanda, siyasi, sosial və ya dini məzmunda gedən materiallara senzura var və ya bir çox hallarda yayımına icazə yoxdur. Bu barədə məlumatları dərc edə bilən müstəqil media və xarici saytların isə məzmununu məhdudlaşdıran yeni qanun qəbul edilib.

Hesabatda qeyd edilir ki, hökumətyönlü şərhçilər onlayn müzakirələri manipulyasiya edir.

Mənbə: KOZYREV OLEG/shutterstock

“Müstəqil media, hökuməti tənqid edən şəxslər və fəal vətəndaş cəmiyyəti nümayəndələri daim texniki hücumlara məruz qalır”.

Azərbaycanla qonşu ölkələrə gəlincə, Gürcüstan və Ermənistan internetin azad olduğu ölkələr sırasındadır. Türkiyə, İran, Qazaxıstan və Rusiyada da internet azad deyil.

Ukrayna və Qırğızıstan isə internetin qismən azad olduğu ölkələrdir.

Hesabat müəllifləri qeyd edirlər ki, ötən il İnternet azadlığı üzrə vəziyyət 28 ölkədə pisləşib, 26 ölkədə isə yaxşılaşıb.

İslandiya 100 ballıq reytinq cədvəlində 95 balla ən azad ölkədir. Sonrakı yerləri Estoniya (93 bal), Kosta- Rika (88 bal) və Kanada (87 bal) tutub.

Ən aşağı reytinq balı isə Çindədir – 10 xal.

Meydan TV

Gözdən qaçırmayın:  Rasim Qaraca: “Bu yalançı Qurultay kimə lazımdır?”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button