2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan internetinə İran nəzarət edir? – ARAŞDIRMA

Hazırda Azərbaycana internetin ixrac və idxal həcminin 100%-i İran ərazisindən həyata keçirilir. Virtualaz.org İranın MNA agentliyinə istinadən xəbər verir ki, bu ölkənin rabitə naziri Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib.

İran məmurunun sözlərinə görə, onun ölkəsi son vaxtlarda “bu sahədə beynəlxalq tranziti 5,6 dəfə yüksəltməyə müvəffəq olub”.

Azərbaycandakı İKT sahəsi mütəxəssislərində bu bəyanat, yumşaq desək, çaşqınlığa səbəb olub. İş burasındadır ki, İran uzun illər boyunca bu sahədə inteqrasiya proseslərindən kənarda qalıb və çətin ki, belə qısa vaxtda bu cür irəliləyişə nail ola bilib. Bundan savayı, hansısa ölkə digər ölkənin internet axınının 100%-nə nəzarət edirsə, bu hal informasiya təhlükəsizliyi baxımından məqsədəuyğun sayılmır.

Saytların yığılması Saytlarin yigilmasi

Virtualaz.org məsələyə aydınlıq gətirilməsi üçün milli telekommunikasiya operatoru olan “Delta Telecom”a müraciət edib, lakin orada İrandan tranzit məsələsinə aid suala cavab verməkdə çətinlik çəkiblər və sualı şirkətin elektron poçtuna ünvanlamağı məsləhət görüblər.

Azərbaycan internet-forumunun prezidenti Osman Gündüz isə virtualaz.org-un müxbiri ilə söhbəti zamanı İranın rabitə nazirinin bəyanatından təəccüb hissi keçirdiyini bildirib.

Ekspertin sözlərinə əsasən, məhz “Delta Telecom” milli telekommunikasiya operatoru İrana internetin əsas ixracatçılarından biridir, əksinə deyil. Bu gün Azərbaycan hər hansı bir ölkənin internet axınından asılı vəziyyətdə deyil.

“Delta Telecom”un ən azı dörd alternativi var və bunların arasında Gürcüstan, Rusiya və Türkiyə ərazilərindən keçməklə marşrutlat mövcuddur”, – Osman Gündüz deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button