İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10% azalıb

Loading...

Yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10% azalıb

2021-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8 milyard 259,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1% az vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3% azalıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 5 milyard 657 milyon manatı və ya 68,5%-i məhsul istehsalı sahələrinə, 1 milyard 993 milyon manatı (24,1%-i) xidmət sahələrinə, 609,4 milyon manatı (7,4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 924,4 milyon manatını (bütün investisiyaların 35,4%-i) xarici, 5 milyard 335 milyon manatını (64,6%) daxili vəsaitlər təşkil edib.

2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.

İnterfaks

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button